\"Azərbaycanda gün ərzində 500-dən çox gizli toy edilir\"

\
Müğənni Xatirə İslam gizli toy edənlərlə bağlı danışıb.
 
Sfera.az xəbər verir ki, bu barədə ifaçı sosial şəbəkə hesabında fikirlərini izləyiciləri ilə bölüşüb. O deyib ki, Azərbaycanda gün ərzində 500-dən çox gizli toy edilir: 

"Bu gizli toylar nə qədər davam edəcək? Buna ya icazə verilməli ya da qarşısı alınmalıdır”.

Müğənni həmçinin onu gizli toya dəvət edənlərə müraciət edib:

"Hər kəsdən xahiş edirəm ki, toylara tam icazə verilmədən məni heç bir dostum, tanışım, yaxınım, hətta toyumuza gələnlər belə gizli keçirdikləri toya dəvət etməsinlər. Mən qayda-qanun adamıyam. Getdiyim məclisdə rahat olmalıyam. Məni düz başa düşün”.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR