No Image
No Image

Azərbaycanda ən yüksək və ən aşağı maaş BU RAYONLARDADIR - Siyahı+Məbləğ

Azərbaycanda ən yüksək və ən aşağı maaş BU RAYONLARDADIR - Siyahı+Məbləğ
Ötən il Azərbaycanda orta əməkhaqqının artmasına ən böyük töhfəni dövlət sektorundakı maaş artımları verib.
 
Sfera.az xatırladır ki, 2020-ci ildə ölkə üzrə orta əməkhaqqı 11,4 faiz artıb və 707,3 manat olub. Əməkhaqqı artımı özəl sektorda 4,4 faiz olduğu halda dövlət sektorunda 18,8 faiz təşkil edib.
 
Rəsmi statistikaya əsasən, ölkəmizdə 1,7 milyona yaxın muzdlu işçi var. Onların yarıdan bir qədər çoxu dövlət sektorunda çalışır. Dövlət sektorunda çalışanların sayının çox olması və burada maaş artımı sürətinin böyük olması ölkə üzrə orta əməkhaqqı səviyyəsinin daha çox yüksəlməsinə imkan verib.
 
2020-ci ilin yekunlarına əsasən dövlət sektorunda orta maaş 631,1 manat olub və 2019-cu ilə nisbətən 100 manat artıb. Özəl sektorda isə orta maaş 802 manat olub və 33,6 manat artıb.
 
Dövlət sektorunda ən yüksək maaş Bakıdadır. Paytaxtda orta əməkhaqqı 804,9 manat olub və il ərzində 104 manata yaxın (14,8 faiz) artıb. Yüksək orta maaş paytaxtın Pirallahı rayonunda 2007 manat, Xətai rayonunda 1022,2 manat, ən az maaş isə Binəqədi (560,7 manat), Yasamal (612,2 manat) və Suraxanı (634,4 manat) rayonlarındadır.
 
Bakıdan sonra ən yüksək orta əməkhaqqı Sədərək rayonunda (645 manat), Siyəzən rayonunda (620,5 manat), Biləsuvar rayonunda (607,7 manat), Naxçıvan şəhərindədir (604,5 manat). Dövlət təşkilatlarında ən aşağı əməkhaqqı Ağdam rayonunda (397,9 manat), Şuşa rayonunda (406,5 manat), Zaqatala rayonunda (415,4 manat) verilir.
 
Qeyri-dövlət sektorunda da ən yüksək orta əməkhaqqı Bakıdadır. Bakıda orta maaş 1041 manat olmaqla regionlardan kəskin fərqlənir. Paytaxtda qeyri-dövlət sektorunda yüksək orta əməkhaqqı Səbail (2227,5 manat), Qaradağ (1474,2 manat), Nəsimi (1071,2 manat) rayonlarında, ən az orta maaş Pirallahı (555 manat), Binəqədi (594 manat), Sabunçu (647,1 manat) rayonlarında qeydə alınıb.
 
Bakıdan kənarda olan yaşayış məntəqələri üzrə qeyri-dövlət sektoru üzrə ən yüksək orta əməkhaqqı Daşkəsən rayonu (919,4 manat), Qubadlı rayonu (721,2 manat), Şuşa rayonu (692,6 manat), ən az orta əməkhaqqı Xocəvənd rayonu (292,3 manat), Tərtər rayonu (300 manat), Yardımlı rayonu (328,3 manat), Xızı rayonu (330,5 manat), Qobustan rayonunda (336,2 manat) verilir.
 
Qeyd edək ki, dövlət təşkilatlarında əməkhaqqından vergi tutulur, qeyri-dövlət təşkilatlarında (neft-qaz sektoru istisna olmaqla) vergi tutulmur. Buna görə də orta əməkhaqqının dövlət sektoru üzrə işçiyə çatan hissəsi bir qədər də azalır. Ötən il dövlət təşkilatlarında bir işçi orta hesabla 536 manat, özəl sektor üzrə isə 724 manat maaş alıb. Özəl sektorda "ələçatan” orta maaş dövlət sektoruna nisbətən 188 manat və ya 35 faiz yüksəkdir. İcbari ödənişlər nəzərə alınmadıqda özəl sektorla dövlət sektoru arasında maaş fərqi 171 manat və ya 27,1 faiz çoxdur.
 
Vasif
Sfera.az
 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlılar son beş ildə Türkiyədə neçə ev alıb? - Statistika

"Azərbaycanlılar Türkiyədə 2016-da 610, 2017-ci ildə 942, 2018-ci ildə 1250, 2019-cu ildə 1191, 2020-ci ildə isə 1279 mənzil alıb”. Sfera.az-ın məlumat...

“Rayonlarda kredit faizi Bakıdan 2 dəfədən artıqdır” – Deputat bankları tənqid etdi

"Rayonlara daha az vəsait ayıran banklar regionlarda kreditləri də yüksək faizlə təklif edirlər”. Sfera.az-ın məlumatına görə, bunu deputat, iqtisadçı-...

Azərbaycanda siqaretlər yenidən bahalaşacaq - Ekspert qiymət artımının vaxtını açıqladı

2021-ci ilin yanvar və fevral ayları ərzində Vergi Məcəlləsinə edilən dəyişikliklərin tətbiqi məqsədilə Baş nazir 2 qərar qəbul edib. Həmin qərarlara əsasən 2...

“Bu xərcləri ləğv etsək, uşaqpulu verilə bilər” – Ekspertdən büdcə dəyərləndirməsi

"Əhəmiyyətsiz xərcləri dayandırsaq, uşaqpulunu vermək üçün dövlət büdcəsinin imkanları geniş olacaq”. Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda u...

“Sahibkar dövlət qurumundan çəkinməməlidir...” – Qanun layihəsində hansı məqamlar yer alacaq?

"Dövlət orqanları sahibkarların dostuna çevrilməlidir”. Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin sabahkı iclasında "Sahibkarlıq sahəsində apa...

“ƏDV geri al” sistemində problem – Çeklərin ikinci surətini çıxarırlar?

Artıq ölkədə vətəndaşların əksəriyyəti "ƏDV geri al” sistemindən istifadə edir. Lakin zaman-zaman bununla bağlı probemlər də müşahidə olunur. Belə ki, sosial ...