Azərbaycanda əməkhaqqı və sosial ödənişlər ARTIRILACAQ

Azərbaycanda əməkhaqqı və sosial ödənişlər ARTIRILACAQ
Azərbaycanın 2022-ci il dövlət büdcəsinin layihəsinə əsasən gələn il əməkhaqlarında və sosial ödənişlərdə artım nəzərdə tutulub. 

Sfera.az bildirir ki, gələn il dövlət büdcəsinin xərcləri 28,974 milyard manat məbləğində (ÜDM-in 35,6 faizi) proqnozlaşdırılıb. Layihəyə görə, gələn il cari xərclər artırılaraq büdcənin 68,7 faizini, yəni 19,9 milyard manat təşkil edəcək. Xərclərin artmasına təsir göstərəcək əsas amil isə əməyin ödənişi və sosial ödənişlərin artırılması olacaq. Əməyin ödənişi və sosial ödənişlərin artırılması hesabına cari xərclər 2021-ci illə müqayisədə 10,5 faiz və ya 1,89 milyard manat artacaq. 

Layihə sənədində qeyd edilir ki, qarşıdakı illərdə əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması əsas prioritet xərc istiqamətlərindən olacaq. Ortamüddətli dövr ərzində büdcə gəlirlərinin artırılması nəticəsində cəlb ediləcək əlavə vəsaitlərin mühüm qismi əhalinin sosial rifahının yaxşılaşdırlmasına, yardıma ehtiyacı olan vətəndaşlara hədəflənmiş sosial proqramların həyata keçirilməsinə yönəldiləcək. 

Sənəddə Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən o da vurğulanır ki, son iki ildə minimum əmək haqqının və büdcə təşkilatlarında çalışan işçilərin əmək haqlarının artımı nəticəsində əməyin ödənişi xərcləri 2020-ci ildə ÜDM-in 9 faizinə çatıb: 

"Bu nisbət Qafqaz və Mərkəzi Asiya regionunda ikinci ən yüksək göstəricidir. Cari xərclərin, ələlxüsus da əmək haqqı xərclərinin dayanıqlı olmayan mənbələr hesabına artımı və əmək məhsuldarlığı ilə uzlaşdırılmaması uzunmüddətli dövrdə makroiqtisadi və maliyyə dayanıqlığı üçün sınağa çevrilə bilər”.

Vasif
Sfera.az




OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...