Azərbaycanda daha 2 nəfər koronavirusdan öldü: 161 yeni yoluxma - FOTO
16:45 / 05.09.2020
3066
Azərbaycanda koronavirus infeksiyasına 161 yeni yoluxma faktı qeydə alınıb, 146 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sfera.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.