Azərbaycanda bir neçə televiziya kanalının adı dəyişdirildi - SİYAHI

Azərbaycanda bir neçə televiziya kanalının adı dəyişdirildi - SİYAHI
"2 ildir, 6 bölgə televiziyasının bir araya gəlməsi ilə yaradılan, ölkənin ən böyük media tərəfdaşlıq layihəsi kimi efirdə olan "Region TV” öz brendini yeniləyərək, bundan sonrakı fəaliyyətini "ARB TV” (Azerbaijan Republic Broadcasting – Azərbaycanın Respublika Yayımçısı) adı ilə davam etdirəcək".

BiG.AZ xəbər verir ki, bu sözləri bugün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə ARB TV-nin strateji inkişaf və media direktoru İsmayıl Həsənov bildirib.

Onun sözlərinə görə, "ARB TV” in əsas məqsədi geniş auditoriyaya hesablanıb, fərqli bir efir konsepsiyası təqdim etməkdir:

"Bunun üçün hər zövqə uyğun, bir-birindən maraqlı layihələrlə, ölkə və dünya gündəmini əks etdirən informasiya proqramları ilə tamaşaçıların qarşısına çıxacağıq. Peykdə yayımlanan, tərəfdaşlarımız olan 3 tematik telekanal, adlarını yenilənmiş brendimiz "ARB”-yə uyğunlaşdıraraq, "TTV” (Türkel TV) - "ARB 24”, "Alternativ TV” – "ARB Ulduz”, "Günəş TV” – "ARB Günəş” olaraq fəaliyyətini davam etdirəcək. "ARB 24”, fasiləsiz, hər 30 dəqiqədən bir, ölkə və dünya gündəmindən ən önəmli xəbərləri, ən operativ şəkildə tamaşaçılara çatdıracaq.
"ARB Ulduz” - Zövqlü musiqi və əyləncə axtaranların yeni ünvanı olacaq. Gələcəkdə "ARB Ulduz” yeni layihələrlə də tamaşaçıların qarşısına çıxacaq.
"ARB Günəş” isə balaca tamaşaçıları sevindirməyə davam edəcək. Ölkənin ilk uşaq kanalı olaraq yayıma başlayan telekanal bundan sonra da yeni verilişlər və yeni cizgi filmləri ilə efirdə olacaq".

İ.Həsənov vurğulayıb ki, tərəfdaşlıq etdiyimiz bölgə telekanalları da öz brendlərini yeniləyərək, adlarını "ARB” brendinə uyğunlaşdırıb:

""Kəpəz TV” – "ARB Kəpəz”, "Kanal S” – "ARB Şəki”, "RTV - ARB Şimal”, "CTV” – "ARB Cənub” , "EL TV” – "ARB Aran” olaraq fəaliyyətini davam etdirəcəkdir. Tərəfdaş regional telekanalların adları yayımlandıqları ərazini özündə əks etdirir. Bütün kanalların adları tərəfdaşlıq çərçivəsində ortaq iş prinsipini əks etdirəcək".

O qeyd edib ki, media tərəfdaşlıq layihəsinin tərkibinə "Kəpəz FM” radiosu da daxildir.

Mirvari Nəcəf

Azərbaycanda bir neçə televiziya kanalının adı dəyişdirildi - SİYAHI
Azərbaycanda bir neçə televiziya kanalının adı dəyişdirildi - SİYAHI
Azərbaycanda bir neçə televiziya kanalının adı dəyişdirildi - SİYAHI
Azərbaycanda bir neçə televiziya kanalının adı dəyişdirildi - SİYAHI
Azərbaycanda bir neçə televiziya kanalının adı dəyişdirildi - SİYAHI


OXŞAR XƏBƏRLƏR

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...