”Azərbaycanda bir həftəlik matəm elan olunsun” – TƏKLİF

”Azərbaycanda bir həftəlik matəm elan olunsun” – TƏKLİF

Azərbaycanda bir həftəlik matəm elan olunmalıdır.


Sfera.az-a açıqlamasında bu sözləri koronavirusdan ölən vətəndaşlarımızın xatirəsini yad etmək məqsədilə hansı addımların atılmalı olduğunu dəyərləndirərkən ReAL-ın icra katibi Natiq Cəfərli deyib:

 

"İnsanları virusa daha ciddi yanaşmağa sövq etmək, vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməsi, koronavirusun ciddiliyini əhaliyə aşılanması məqsədilə Azərbaycanda virusdan vəfat edənlərin xatirəsinin anılması yönündə əməli addımlar atılmalıdır. İnsanların bir çoxu hələ də virusu ciddiyə almır. Bu problemin ciddi olduğunu düşünmür, onun oyun olduğunu iddia edirlər. Ona görə də koronavirusdan ölənlərin xatirəsini yad etmək üçün bir həftəlik matəm elan olunsun.Bu müddətdə televiziyalarda əyləncəli verilişlər dayandırılmalı, yerini mütəmadi olaraq virusla bağlı proqramlar, müzakirələr, debatlar tutmalıdır”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR