Azərbaycanda bayram namazının vaxtı məlum oldu

Azərbaycanda bayram namazının vaxtı məlum oldu
"Rəsmi olaraq mayın 13-ü və 14-ü Ramazan bayramı günü kimi qəbul olunub. Ramazan bayramı günündə qılınan namaz şəriətdə qılınması vacib olan namazlar sırasında deyil. Bu, müstəhəb namazdır”.

Sfera.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, insanlar bir yerə toplaşaraq bu namazı qılarsa, bunun böyük savabı var: "Amma pandemiya şəraiti yenə də davam edir, kütləvi yığışmaq qadağası var.

Bütün mərasimlər qadağandır, toy, hüzr mərasimləri və bir yerə kütləvi toplaşmaq mümkün deyil. İctimaiyyətin müəyyən orqanlara müraciəti var ki, mümkün olarsa, məsafə saxlamaqla və digər qaydalara əməl etməklə insanlara məscidlərdə cümə namazlarını birgə qılmağa şərait yaradılsın.

Amma TƏBİB-in Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasən verdiyi qərara görə, kütləvi şəkildə bir yerə toplaşaraq namaz qılmaq məsləhət görülmür. Quran da, Peyğəmbərimiz də buyurub ki, xəstəlik təhlükəsi varsa, insanlar mütləq qorunmalıdır.

Biz də bu məsələyə dəstək olmalıyıq. Düşünürük ki, hələ məscidlərdə namazların kütləvi şəkildə qılınmasına şərait yoxdur, ümid edirik ki, bu, müvəqqəti haldır.

Ümidvarıq ki, pandemiya tezliklə başa çatacaq və insanların məscidlərdə namaz qılmaq imkanı olacaq. Hazırda pandemiya şəraiti davam etdiyi üçün istəyən hər kəs öz ailə üzvləri ilə evində 2 rükət bayram namazı qıla bilər.

Ramazan ayında iftar süfrələri ilə bağlı insanlara tövsiyə etdik ki, çəkdikləri xərci pul və ya ərzaq şəklində ehtiyacı olan ailələrə paylasınlar, savabdan kənar qalmasınlar. Bayram namazı da müstəhəb olduğu üçün heç bir nigarançılıq yoxdur, evində istər tək, istər ailə üzvləri ilə qılına bilər”.

F. Nurullayev qeyd edib ki, şəriətdə bayram axşamı fitrə zəkatının çıxarılması buyurulub: "Kimin imkanı varsa, fitrə zəkatını bildiyi, tanıdığı imkansız, ehtiyacı olan ailələrə verir. İstəyənlər mayın 13-ü Ramazan bayramında bayram namazını Zöhr namazına qədər qıla bilərlər”.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...