Azərbaycanda banklara dollar satışı da rekord həddə çatdı

Azərbaycanda banklara dollar satışı da rekord həddə çatdı

Azərbaycan Mərkəzi Bankı (AMB) dünən, dekabrın 17-də mütəşəkkil banklararası valyuta bazarına təxminən 153 mln. ABŞ dolları həcmində valyuta intervensiyası həyata keçirib. Bununla da bu həftənin ilk 4 iş günü ərzində AMB-nin valyuta satışı 493 mln. dollara çatıb.

"Report" xəbər verir ki, həftənin ilk günü (dekabrın 14-də) satış 102 mln. dollar, ikinci gün (dekabrın 15-də) 101 mln. dollar, üçüncü günü (dekabrın 16-da) isə 137 mln. dollara yaxın olub. Orta hesabla bu həftə gündəlik valyuta intervensiyası 123,25 mln. dollar təşkil edib. Bu, keçən həftənin analoji göstəricisi ilə müqayisədə 93% çoxdur.

Son bir ildə Mərkəzi Bankın həyata keçirdiyi aylıq valyuta intervensiyasının orta həftəlik göstəricidən məlum olur ki, bu həftə həmin orta göstərici rekord həddə çatıb. Nəzərə almaq lazımdır ki, bu günün satış həcmi hələ dəqiq olmadığına görə, bu həftənin göstəricisinın daha da artacağı gözlənilir.

Qeyd edək ki, ötən həftənin çərşəmbə axşamı (dekabrın 8-də), Azərbaycan Dövlət Neft Fondunun valyuta satışını dayandırmasından sonra bazarda əməliyyatlara başlayan AMB, keçən həftə ərzində ümumilikdə (4 günə) 255 mln. dollar həcmində satış həyata keçirib.

Bununla da keçən həftə orta günlük satış 63,75 mln. dollar olub. Son 8 iş günü ərzində isə AMB-nin ABŞ valyutasının satışı təxminən 748 mln. dollar təşkil edib. Nəticədə, dekabrın 1-nə 6,2 mlrd. dollara bərabər olan AMB-nin valyuta ehtiyatları 5,5 mlrd. dollara yaxınlaşıb.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...