Azərbaycanda axşam saat 8-dən sonra çölə çıxma qadağası qoyulur? - AÇIQLANDI

Azərbaycanda axşam saat 8-dən sonra çölə çıxma qadağası qoyulur? - AÇIQLANDI
Artıq aprelin 14-dən Ramazan ayı başlayıb. Bu ayda bir çox insanlar oruclarını yaxınları ilə birgə açmağa çalışırlar. Bu da insanların kütləvi toplaşmasına və koronavirusa yoluxanların sayının artmasına səbəb olur.
 
Məhz buna görə, yoluxanların sayının artmaması üçün axşam saat 8-dən sonra insanların çölə çıxmasına qadağa qoyulması və ya "sms icazə" sisteminin tətbiq edilməsi ilə bağlı təkliflər səsləndirilir. İftar süfrəsində kütləvi toplaşmanın qarşısını almaq üçün axşam saat 8-dən sonra inanların çölə çıxmasına qadağa qoyula bilərmi?

Bununla bağlı danışan dosent Ədalət Rüstəm bildirib ki, Ramazan ayında koronavirusa yoluxanların sayının artması ehtimalı böyükdür:

"Çünki insanlar iftar süfrəsində kütləvi toplaşıb, oruclarını açırlar. Ona görə də karantin rejimində sərtləşmələrin olması gözləniləndir. Düşünürəm ki, yoluxma sayı artarsa, yenidən "sms icazə" sisteminin bərpası gözləniləndir. Amma Operativ Qərargahın hansı qərarı verəcəyi ilə bağlı konkret fikir səsləndirə bilmərəm. Çünki karantin rejimi ilə bağlı qərarlar qəbul etmək Operativ Qərargahın səlahiyyətindədir. Düşünürəm ki, yaxın günlərdə Operativ Qərargah yoluxanların və ölənlərin sayını, epidemioloji vəziyyəti analiz etdikdən sonra karantin rejimi ilə bağlı qərar qəbul edəcək". /Sonxeber.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...