Azərbaycanda ağır yol qəzası: Ölən var

Azərbaycanda ağır yol qəzası: Ölən var

Kürdəmirdə ağır yol qəzası baş verib.

Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən yeni sabah-a daxil olan məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Kürdəmir rayonunda "VAZ” markalı minik avtomobili ilə "KamAZ” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü Paşayev Raqif Süleyman oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


OXŞAR XƏBƏRLƏR