Azərbaycanda 70-80 yaşında nikah bağlayan da var

Azərbaycanda 70-80 yaşında nikah bağlayan da var

2016-cı ilin 4 ayı ərzində nikaha daxil olan kişilərdə orta yaş həddi 29,5 yaş, qadınlarda isə 24,9 yaş olub.

Sfera.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib. O bildirib ki, 2015-ci ildə nikaha daxil olan kişilərdə orta yaş həddi 29 yaş, qadınlarda isə 24,5 yaş olub.

"Eyni zamanda bildiririk ki, 2016-cı ilin 4 ayı ərzində kişilərdə 60 yaşdan yuxarı 128 nikah, 70 yaşdan yuxarı 38 nikah, 80 yaşdan yuxarı 11 nikah qeydə alınıb.

2016-cı ilin ilk dörd ayaında qadınlar arasında 60 yaşdan yuxarı 21, 70 yaşdan yuxarı isə 5 nikah qeydə alınıb”,-deyə Ədliyyə Nazirliyinin rəsmisi bildirib.


OXŞAR XƏBƏRLƏR