Azərbaycanda 55 nəfər qızılcaya yoluxub

Azərbaycanda 55 nəfər qızılcaya yoluxub
"Ötən il noyabr ayının sonlarından Azərbaycanda qızılcaya yoluxma halları qeydə alınmağa başlayıb və hazırda xəstəlik hallarının qeydiyyatı davam edir. Ümumilikdə, dekabr ayı ərzində 55 yoluxma hadisəsi təsdiq olunub”.

Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, xəstəlik halları, əsasən, 20-40 yaşlı və vaxtilə peyvənd olunmamış vətəndaşlar arasında baş verir: "Bu hal uşaqlar arasında çox az sayda qeydə alınıb. Xəstəliyin böyük hissəsi, yəni 90-93%-i Bakının payına düşür. Əslində, araşdırdıqda yoluxan insanların peyvənd olunmadığı ortaya çıxır. Yəni vaxtilə peyvənd etdirməyiblər”.

A.Əliyeva bildirib ki, ölkədə uşaqların qızılca və məxmərək əleyhinə peyvənd olunması üçün kifayət qədər vaksin var: "Təqvimə uyğun olaraq, həmin peyvəndlər uşaqlara vurulur. Müxtəlif səbəblərdən indiyə qədər peyvənd vurulmayan əhalinin yaşlı təbəqəsinin vaksinasiyası üçün əlavə tədbirlər görüləcək. Nazirlik bu məqsədlə 160 min vaksin alınmasını sifariş verib. Həmin peyvəndlərin martın əvvəlində ölkəyə gətirilməsi planlaşdırılır və vaksinlər vətəndaşlara poliklinikalarda pulsuz vurulacaq. Bu vaksinlər Hindistan istehsalıdır və olduqca təhlükəsizdir”.

Nazirlik rəsmisi vurğulayıb ki, Azərbaycanda 2013-cü ildən qızılca xəstəliyi qeydə alınmamışdı: "Ancaq qonşu ölkələrdə qızılca xəstəliyi geniş yayılıb və Azərbaycana da keçib. Hətta Səhiyyə Nazirliyi tərəfindən bu xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi və qızılca xəstəliyinə şübhəli bütün hadisələrin diqqətlə araşdırılması tapşırılıb. Hazırda ölkədə qızılca xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir və bu günə kimi də heç bir ölüm faktı qeydə alınmayıb”.

A.Əliyeva qızılcaya yoluxan insanların bir müddət, yəni, təxminən, bir-iki ay keçdikdən sonra peyvənd olunmağını məsləhət görüb: "Bu peyvənd (GPM) uşaqlar üçündür. Çünki qızılca keçirdikdən sonra qazanılmış immunitet yaranır. Lakin peyvəndin tərkibində məxmərək və parasit əleyhinə təsiredici maddə olduğundan insanların, heç olmasa, sonradan bu iki infeksiyaya yoluxmaması üçün vaksin olunması məsləhətdir. Ümumiyyətlə, qızılca xəstəliyinə yoluxan insanın inkubasiya dövrü var. Bu da, təxminən, 21 gün çəkir. Əgər həmin şəxs kimdənsə bu xəstəliyə yoluxubsa, 10-14 gündən sonra onda kliniki əlamətlər başlayır. Bundan sonra 5 günlük müddətdə xəstəliyin əlamətləri müşahidə olunur. Bu zaman temperaturun artması, öskürək və ağızın selikli qişalarında ağ nöqtələrin yaranması müşahidə edilir. Sonrakı mərhələdə isə səpkilər (4-5 gün çəkir) başlayır. Səpkilər də başdan başlayır və ayağın altına qədər yayıla bilər. Ona görə də belə xəstələr başqasını yoluxdurmaması üçün insanlardan təcrid edilməlidir”.


OXŞAR XƏBƏRLƏR

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...