Azərbaycanda 47 min ailəyə 400 DOLLAR ÖDƏNİLƏCƏK

Azərbaycanda 47 min ailəyə 400 DOLLAR ÖDƏNİLƏCƏK
Dünya Bankı Azərbaycanda COVID-19 la mübarizə və virusun nəticələrinin aradan qaldırılması ilə bağlı yeni layihəyə başlayır.

Sfera.az xəbər verir ki, "Azərbaycanda COVID-19-a təcili reaksiya layihəsi” bu ilin sentyabrında işə düşəcək. Ümumi məbləği 95 milyon dollar olan layihə bütünlüklə Dünya Bankı tərəfindən maliyyələşdiriləcək. Onun icraçıları isə İcbari Tibbi Siğorta Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Layihə çərçivəsində atılacaq əsas addımlardan biri əhalinin həssas və aztəminatlı təbəqəsinə - ailələr və ayrı-ayrı şəxslərə müvəqqəti dəstək vermək və onlara ödənişlər etməklə bağlıdır. Həssas ailələr üçün müvəqqəti pul ödənişləri indiyədək mövcud olan sistem üzərindən həyata keçiriləcək.

Layihəyə əsasən ehtiyacı olanlar bununla bağlı onlayn müraciət edəcəklər. Bundan sonra həmin şəxslərin maddi və məişət şəraiti yoxlanılacaq. Bu layihə çərçivəsində 47 min ailəyə 3 ay müddətində ayda 225 manat (132 dollar) ödəniş veriləcək. /Fed.az




OXŞAR XƏBƏRLƏR

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...