Azərbaycanda 24 həkim koronavirusdan ölüb – SİYAHI

Azərbaycanda 24 həkim koronavirusdan ölüb – SİYAHI
 Laçın Mərkəzi Rayon Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Orxan Cəbrayıl "Facebook” hesabında koronavirusdan ölən həkimlərin adlarını açıqlayıb.

Sfera.az xəbər verir ki, Orxan Cəbrayıl bildirib:

"COVID-19 virusu ilə mübarizədə itirdiyimiz həkimlər.

Bütün həkimlərimizə, o cümlədən COVID-19 virusundan vəfat edən digər tibb işçilərinə və vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm.

1. Əhməd Şirinzadə - Sumqayıt Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin həkimi;

2. Kəmalə Dəhqani - Gəncə şəhəri, uşaq nevroloqu;

3. Kamil Əliyev - Astara MRX, cərrah;

4. Mehman Hüseynov - Gəncə, ortoped-travmotoloq:

5. Ceyhun Hacıyev – Bakı, anestezioloq-reanimatoloq;

6. Faiq Yusifov - Respublika Angioloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı;

7. Fərman Süleymanov - Sumqayıt Şəhər Xəstəxanasının həkimi;

8. Faiq Ağayev - Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu;

9. Fikrət Namazov - ATU-nun Onkologiya kafedrasının onkoloqu;

10. Rəna Məmişova - Mingəçevir Şəhər Xəstəxanasının Reanimasiya Şöbəsinin həkimi;

11. Zakir Xəlilov - Bakı şəhər TTYS-nın həkimi;

12. Qəşəm Hüseynov - Bakı şəhər TTYS-nın həkimi;

13. Surxay Quliyev - Gəncə şəhər TTYS-nın həkimi;

14. Surət Abbasov - Gəncə şəhər TTYS-nın həkimi;

15. Cəmşid Abbasov - Gəncə şəhər TTYS-nın həkimi;

16. İbadət Ağayev - Cəlilabad TTYS-nın həkimi;

17. Ruhiyyə Kərimova – Bakı, kardioloq;

18. Tərlan Hüseynli - Mingəçevir, stomatoloq;

19. Gülnarə Xəlilova - Mərdəkan 26 saylı Birləşmiş Xəstəxana, pediatr;

20. Kərəm Yaqubov - Kliniki Tibbi Mərkəz, həkim-reanimatoloq;

21. Ulduz Əhmədova - Yevlax rayonu Havvarı Kənd Xəstəxanasının Baş həkimi;

22. Fəxrəddin Məmmədov - Sumqayıt şəhər 5 Saylı Uşaq Poliklinikası, rentgenoloq;

23. Sədaqət Həsənova - Bakı ş. N.Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının pediatrı;

24. Əlipənah Qarayev - Mingəçevir Şəhər Xəstəxanası, ortoped-travmatoloq.

Qeyd edək ki, koronavirusdan ölən həkimlər arasında Tahir Bababəyli (İstanbul, Başakşehir Kayabaşı mahallesi) də var.

OXŞAR XƏBƏRLƏR