Azərbaycana uçuşlarla bağlı qaydalara dəyişiklik edildi - YENİ QƏRAR

Azərbaycana uçuşlarla bağlı qaydalara dəyişiklik edildi - YENİ QƏRAR
Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalara dəyişiklik edilib.

Sfera.az xəbər verir ki, baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycana uçuşlar icra edən bütün aviadaşıyıcılar bu şərtlərlə sərnişinləri reysə qəbul edirlər:

əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə:

yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan sərnişinləri, o cümlədən belə sərnişinlərin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) – qohumluq dərəcəsini təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.

Eyni zamanda 1 yaşınadək uşaqlarda uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələbi ləğv olunur.

Azərbaycan Respublikasının vətəndaşları, həmçinin diplomatik pasport sahibləri, Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları), habelə ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş sərnişinlər – müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında

Sərhəd nəzarətindən keçərkən tələblərə cavab verməyən Azərbaycan Respublikasının vətəndaşları iki həftə müddətinə aviadaşıyıcının hesabına karantinə alınacaq.

Müəyyən olunmuş tələbləri pozaraq həyata keçirdiyi hər bir reysdə nəzərdə tutulmuş sərnişinlərin sayı 3 (üç) və daha çox olan və ya ardıcıl olaraq həyata keçirdiyi 3 (üç) reysin hər birində bu cür sərnişinlər olan aviadaşıyıcılar tərəfindən Azərbaycan Respublikasına uçuşların həyata keçirilməsinin müvəqqəti dayandırılması Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən təmin ediləcək.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Qarabağ Dirçəliş Fondu yeni kampaniyaya start verdi - FOTO

Qarabağ Dirçəliş Fondu işğaldan azad edilən ərazilərdə bərpa işlərinin uğurla və daha qısa zaman ərzində həyata keçirilməsi üçün #KarabakhChallenge kamp...

Əsas magistral yollarda sürət həddi endirildi

Bakıda əsas magistral avtomobil yollarında sürət həddi endirilib. Bakı Nəqliyyat Agentliyindən Sfera.az-a verilən məlumata görə, hazırda paytaxtda müşahid...

"Noyabrın 9-u səhər yaralandım, axşam eşitdim ki, müharibə qurtarıb..." - Qazilər o günü necə xatırlayır?

27 sentyabr... Hələ bir neçə il əvvələdək təqvimin bu tarixi payızın ilk günləri, sadəcə olaraq IX ayın 27-ci günü idi. Lakin bir il əvvəl bütün bu adilik, 27 r...

Bu gün Azərbaycanda Anım Günüdür

44 günlük Vətən müharibəsinin (Dəmir Yumruq əməliyyatı – red) başlanmasından bir il ötür. Sfera.az xatırladır ki, 2020-ci ilin 27 sentyabrı səhər saatları...

Sabah bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq

27 sentyabr paytaxt Bakı şəhərində Anım Günü ilə əlaqədar keçiriləcək tədbirlərdə təhlükəsizliyin təmin edilməsi üçün Neftçilər prospekti ilə Azadlıq meydanında...

Həftəsonu nəqliyyat qadağası ləğv olundu - RƏSMİ AÇIQLAMA

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karanti...