Azərbaycan vətəndaşları xəstəxanalara yerləşdirildi - FOTO/VİDEO

Azərbaycan vətəndaşları xəstəxanalara yerləşdirildi - FOTO/VİDEO
Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən təxliyyə edilərək Türkiyəyə gətirilən Azərbaycan vətəndaşları artıq xəstəxanalara yerləşdirilib.
"Report”un məlumatına görə, karantində saxlanılacaq Azərbaycan vətəndaşları üçün ayrı otaqlar hazırlanıb. Onlar burada saxlanıldıqları günlərdə birdəfəlik alət və avadanlıqlardan istifadə edəcəklər. Qeyd olunub ki, karantində saxlanılan şəxslərdən hər üç gündən bir zəruri analizlər götürüləcək.
Qeyd edək ki, Türkiyəyə gətirilən Azərbaycan vətəndaşları təcili tibbi yardım avtomobilləri ilə hava limanından birbaşa Ankara şəhər xəstəxanasına daşınıb. 
22:15***01.02.2020
Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən təxliyyə edilən Azərbaycan vətəndaşları artıq Türkiyəyə çatıb.
"Report”un əldə etdiyi məlumata görə, Azərbaycan vətəndaşlarını gətirən "Koca Yusuf” ambulans-təyyarəsi Türkiyənin paytaxtı Ankaranın Etimesgud Hava Limanına enib.
Sərnişinlərə xüsusi forma geyindirilib. Onların təcili tibbi yardım avtomobilləri ilə hava limanından birbaşa Ankara şəhər xəstəxanasına daşınmasına başlanılıb. Karantində saxlanılacaq şəxslər üçün ayrı otaqlar hazırlanıb.
Qeyd edək ki, Uhan şəhərində 6 nəfər Azərbaycan vətəndaşı olub. Onlar əsasən tələbələrdir.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...