Azərbaycan vətəndaşları Türkiyədə rekord sayda mənzil alıb

Azərbaycan vətəndaşları Türkiyədə rekord sayda mənzil alıb
Azərbaycan vətəndaşları 2021-ci ildə Türkiyədə 1517 ədəd mənzil alıb. Bu göstərici son illərin ən yüksək göstəricisidir.
 
Sfera.az Türkiyə Dövlət Statistika Təşkilatına istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları 2020-ci ildə 1279, 2019-cu ildə 1191, 2018-ci ildə 1250, 2017-ci ildə 942 ədəd mənzil alıb.

Ötən il Türkiyədə ən çox mənzil alan əcnəbilər sıralamasında Azərbaycan vətəndaşları 8-ci yerdə qərarlaşıb. Türkiyədən ən çox mənzili İran (10 056 ədəd), İraq (8 661 ədəd), Rusiya (5 379 ədəd) vətəndaşları alıb.

Əcnəbilər ən çox mənzili İstanbul və Antalya şəhərlərindən alıb. Satılan hər 2 mənzildən biri İstanbuldadır.

Vasif 
Sfera.az

OXŞAR XƏBƏRLƏR