“Azərbaycan tam qələbənin bir addımlığındadır” - Sergey Markov

“Azərbaycan tam qələbənin bir addımlığındadır” - Sergey Markov
 
"Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, Azərbaycan Ordusu Şuşanı işğaldan azad edib. Bu, müharibənin əsas məqamıdır. Demək olar ki, ikinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı".

Sfera.az xəbər verir ki, bu barədə özünün "Facebook” səhifəsində Rusiyanın ictimai xadimi, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov yazıb.

O bildirib: "Şuşa Dağlıq Qarabağın paytaxtı Xankəndi ilə Ermənistan ərazisi arasında yerləşir. İndi şimal yolu Xankəndidən olan qaçqınlarla doludur. Azərbaycan Ordusu qaçqınlara heç bir təcavüz göstərmir. İndi Ermənistanın müharibəni dayandırmaq şansı var. Əgər Paşinyan Ermənistanın bütün ordusunun, - bu ordu yaxın vaxtlarda Dağlıq Qarabağda mühasirəyə alınacaq, - Dağlıq Qarabağdan çıxarılması barədə əmr verərsə, o halda hərbi əməliyyatlar dayanar və sülh danışıqları başlanar. Əks halda, müharibə özlərinin baş nazirlərinə qorxaraq sadiq olan mühasirəyə düşmüş erməni qoşunlarının sonadək qırılmasına gətirib çıxara bilər. Qırğın heç kimə lazım deyil”.

Politoloqun vurğuladığı kimi, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, ermənilər Azərbaycan ərazilərində sakit yaşaya bilərlər, orada onlara təhlükə yoxdur. "Azərbaycan müasir çoxmillətli və çoxkonfessiyalı ölkədir ki, onun ideologiyası multikulturalizmdir və orada hazırda təqribən 30 min erməni yaşayır. Bütün xalqlar güclü dövlətin müdafiəsi altındadır. Dağlıq Qarabağ ermənilərinə, məsələn, İtaliyada Cənubi Tirolda və digər ölkələrdə olduğu kimi mədəni muxtariyyət təmin olunacaq. Onlar öz kilsələrində sakitcə dua edə biləcəklər”, - deyə politoloq qeyd edib.

Politoloq əmindir ki, Dağlıq Qarabağda müharibə hər halda tezliklə başa çatacaq. "Hamıya aydındır ki, Azərbaycan yaxın vaxtlarda Dağlıq Qarabağın bütün ərazisində öz suverenliyini tam bərpa edəcək. Prezident İlham Əliyev Dağlıq Qarabağın xilaskarı kimi Azərbaycan üçün milli qəhrəmana çevrilir. Azərbaycan tam qələbənin bir addımlığındadır”, - deyə sonda S.Markov bildirib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...