No Image
No Image

Azərbaycan Tacikistana 40 min doza vaksin göndərdi - FOTO

Azərbaycan Tacikistana 40 min doza vaksin göndərdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Tacikistan Respublikasına humanitar yardım göndərilib.

Sfera.az xəbər verir ki, bu gün - iyulun 20-də 40 min doza Vaxzevria (AstraZeneca) peyvəndini daşıyan təyyarə Tacikistanın Düşənbə Beynəlxalq Hava Limanına enib.

Hava limanında yük Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Vüqar İbrahimov tərəfindən qəbul edilərək, Tacikistanın Respublika İmmunoprofilaktika Mərkəzinin direktoru Fayzali Saidzoda və Tacikistan Respublikası Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sanitariya-Epidemioloji Təhlükəsizlik İdarəsinin rəisi Navruz Cəfərova təhvil verilib.

Humanitar yardım qarşı tərəfə təqdim edildikdən sonra Tacikistan Respublikası Səhiyyə Nazirliyinin rəsmisi COVID-19 virus infeksiyası ilə mübarizədə Azərbaycan Respublikası rəhbərliyi tərəfindən Tacikistana göstərilən davamlı yardımlara görə minnətdarlığını bildirib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Pakistan nümayəndə heyətini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyətini qəbul ed...

Sahibə Qafarova AŞPA-nın məruzəçisi ilə görüşdü - FOTO

Sahibə Qafarova məruzəçi Pol Qavan tərəfindən hazırlanan "Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri" adlı hesabat haqqında danışaraq üm...

Türkiyə və Pakistan parlamentlərinin sədrləri Bakıda - FOTO

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun və Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdikləri nümayəndə ...

Ceyhun Bayramov Kestudis Yankauskasla vidalaşdı - FOTO

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi səfir Kestudis Yankauskası ölkəmizdəki diplomatik fəaliyyətinin ba...

İlham Əliyev Daşkəsəndə səfərdədir - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfərə gedib. Sfera.az xəbər verir ki, dövlət başçısı Daşkəsən şəhərində...

Qafqaz-İberoamerika Düşüncə Mərkəzi ispan dünyasına mesaj verdi - FOTO/VİDEO

İyulun 21 - də Qafqaz-İberoamerika Düşüncə Mərkəzi Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrə...