Azərbaycan Qaribaşvilinin təklifinə NƏ CAVAB VERƏCƏK?

Azərbaycan Qaribaşvilinin təklifinə NƏ CAVAB VERƏCƏK?
Dünən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili brifinqdə maraqlı təkliflə çıxış edib. O, Gürcüstan hakimiyyətinin Bakı və Yerevan arasında yüksək səviyyəli danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu deyib. 

Maraqlıdır, Azərbaycan və Ermənistan Gürcüstanı görüş yeri kimi seçə bilərmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov xatırladıb ki, Gürcüstan hələ 44 günlük müharibə baş verməmişdən əvvəl - Azərbaycan ərazisi erməni işğalında olan dövrlərdə də münaqişənin həll olunması üçün öz yardımını təklif edirdi:

"Təbi ki, bu yardım iki ölkə arasında vasitəçi olmaqdan başqa heç nəyi nəzərdə tuta bilməzdi. Çünki Gürcüstan iki qonşu ölkə arasında münaqişədə heç kimin tərəfini saxlaya bilməzdi. Bunu Azərbaycanda daha yaxşı başa düşürdülər və məhz buna görə də ordumuz başda Ali Baş Komandan olmaqla, heç bir dövlətə ciddi arxalanmadan torpaqları işğaldan azad etdi. 

Müharibə bitdi, torpaqlarımızın çox böyük hissəsi işğaldan azad olundu. Amma Azərbaycanla Ermənistan arasında həll ediləsi çoxlu məsələlər var ki, bunları da danışıqlar masası arxasına gətirmək lazımdır. Bu istiqamətdə danışıqlar gedir. Sadəcə Cənubi Qafqazda münaqişənin tam aradan qalxmasını istəməyən xarici qüvvələr var və bu qüvvələr münaqişəli vəziyyətin uzunmüddət saxlanmasına cəhd edirlər. Paşinyanın Türkiyə və Azərbaycanla birbaşa danışıqlar aparmağa istiqamətlənən bəyanatları da məhz sülh prosesinə əngəl olan maneələrin aradan qaldırılmasına xidmət edir və bu istiqamətdə Gürcüstanın Baş Naziri İrakli Qaribaşvilinin platforma təklif etməsi qiymətləndirilməlidir”.

Müsahibimiz qeyd edib ki, Avropanın da istəyi Azərbaycan-Ermənistan arasında və o cümlədən, Türkiyə -Ermənistan arasında birbaşa danışıqların başlamasıdır:

"Amma Ermənistanın belə danışıqların keçirilməsinə can atmasına baxmayaraq, ölkə daxilində bu prosesin başlanmasına qarşı çıxan və xaricdən maliyyələşdirilən ciddi qüvvələr var. Ermənistan Baş Naziri Nikol Paşinyan bu qüvvələrin müqavimətini qıraraq Azərbaycan və Türkiyənin haqlı tələblərini yerinə yetirə bilsə, bu, Cənubi Qafqaz üçün sülh naminə atılmış ən dəyərli addım olardı”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...