Azərbaycan Laçın koridoruna gömrük nəzarəti qoyub viza rejimi tətbiq edə bilər - AÇIQLAMA

Azərbaycan Laçın koridoruna gömrük nəzarəti qoyub viza rejimi tətbiq edə bilər - AÇIQLAMA
"Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran agentliklərindən birinə müsahibə verərkən deyib ki, biz koridor yox, ancaq yol verə bilərik və bu yol  Ermənistanın suveren nəzarəti altında olacaq. Üçtərəfli razılaşmada isə, söhbət koridordan (dəhlizdən) gedir”.
 
Sfera.az bildirir ki, bunu tanınmış hüquqşünas Sahib Məmmədov deyib. Onun sözlərinə görə, koridor o deməkdir ki, ərazi Ermənistanın yurisdiksiyasında qalsa da, ordan keçən nəqliyyat vasitələrini saxlamaq, yoxlamaq, gömrük və sərhəd nəzarəti qoymaq səlahiyyəti olmayacaq:

"Bizim Laçın rayonunda verdiyimiz koridor Azərbaycan əraziləridir, amma ordan rus silahlılarının əhatəsində olan ərazilərimizə Ermənistana məxsus nəqliyyat və Ermənistan vətəndaşları, eləcə də Qarabağda yaşayan etnik ermənilər Azərbaycan tərəfindən yoxlanılmadan, sərhəd və gömrük nəzarəti olmadan keçir. Əlbəttə, bu koridorların bir fərqi də var. 

Zəngəzur koridorundan istifadə edən Azərbaycan Ermənistan ərazisindən keçməklə, digər öz ərazisinə daxil olur, amma Laçın koridorunda başqa bir dövlət (Ermənistan) suveren Azərbaycan ərazilərinə daxil olur. Bu halda, bizim etdiyimiz güzəşt daha çoxdur, nəinki, Ermənistandan istədiyimiz”.

Hüquqşünas qeyd edib ki, əgər ermənilər sözügedən koridoru verməyib sadəcə yol versə, o zaman biz də Laçın koridoru üzərində de-fakto yuridiksiyamızı təmin etməliyik:
 
"Yəni sərhəd və gömrük nəzarəti qoymalıyıq, üstəgəl hələ viza rejimi də”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...