“Azərbaycan könüllülərinin beynəlxalq könüllülər hərəkatına inteqrasiyası üçün bütün əsaslar mövcuddur”

“Azərbaycan könüllülərinin beynəlxalq könüllülər hərəkatına inteqrasiyası üçün bütün əsaslar mövcuddur”

Azərbaycanın könüllülər hərəkatının beynəlxalq könüllülər hərəkatına inteqrasiyasının gücləndirilməsi üçün bütün əsaslar mövcuddur.

Bunu açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə "Könüllülər ili” elan edilməsi, tərəqqi dövrünü yaşayan milli könüllülər hərəkatını inkişafının zirvə nöqtəsinə çatdırdı:

"Bunu, son iki ayda – koronavirus pandemiyası dövründə könüllülərimizin peşəkar və çevik fəaliyyətini müşahidə etdikdə tam əminliklə söyləmək olar. Burada eyni zamanda, ölkənin aparıcı gənclər və könüllülər təşkilatlarının həmrəyliyi ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təsis edilməsini, habelə mərkəzləşdirilmiş səmərəli fəaliyyətin artmasını qeyd etmək olar.

Nəhəng və özünəməxsus könüllülük adət-ənənələrinə malik Azərbaycanın könüllülük kökləri xalqımızın milli mənəvi dəyərlərinin yeni nəsillərə çatdırılmasına və milli birliyimizin möhkəmlənməsinə əsaslanır.

Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə 1999-2001-ci illərdə Azərbaycanda ilk dəfə Birləşmiş Millətlər Təşkilatının könüllülük prinsiplərinə əsaslanan layihə həyata keçirilib. Azərbaycanda BMT könüllülük ənənələrinin əsasını qoymuş bu yanaşma gənclərimizin ölkəmizdə könüllülük fəaliyyətinin əsasını yaradıb. Könüllülüyün inkişafında təkanverici faktor 2009-cu ildə qəbul edilmiş "Könüllü fəaliyyət haqqında” qanun olub. Bu Qanunun yaratdığı hüquqi çərçivə sayəsində "ASAN Könüllüləri” kimi institutlaşdırılmış könüllülük modeli yaradıldı.

Həmçinin, ölkəmizin ev sahibliyi etdiyi "Avroviziya-2012” mahnı müsabiqəsi, 2015-ci il Birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula-1″ və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllünün cəlb edilməsi və Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən onların fəaliyyətinin qiymətləndirilməsi Azərbaycanın zəngin və təcrübəli könüllü bazasının formalaşmasına xidmət etdi”.

Deputat vurğulayıb ki, son illər, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış "Regional İnkişaf” İctimai Birliyinin uğurlu fəaliyyəti nəticəsində könüllülər hərəkatının coğrafi əhatəsi genişləndi və region gənclərinin də könüllülük imkanları artırılıb:

"Xüsusilə koronavirus pandemiyası zamanı Heydər Əliyev Fondu və "Regional İnkişaf” İctimai Birliyinin ahıl yaşında, ehtiyacı olan insanlara könüllü xidmət göstərmələri könüllülük fəaliyyətinin mexanizmlərini genişləndirdi.

Bütün bunları nəzərə alaraq, bu gün Azərbaycanın könüllülər hərəkatının beynəlxalq könüllülər hərəkatına inteqrasiyası gücləndirilməlidir. Bu, təcrübəli könüllülərimiz üçün yeni beynəlxalq imkanlar açmaqdan əlavə, bizim bu sahədə təşkilati təcrübəmizin digər ölkələrə ötürülməsinə də şərait yaradacaqdır. Yuxarıda qeyd etdiyim "Könüllü fəaliyyət haqqında” Qanunda bunun üçün hüquqi əsaslar yaradılıb. Belə ki, bu Qanunun 10-cu maddəsi Azərbaycan Respublikasının vətəndaşlarına xarici dövlətlərin ərazisində könüllü fəaliyyət göstərməyə icazə verir.

Beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi 2017-ci ilin may ayında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və BMT Könüllüləri Proqramı arasında gənclər üçün yeni könüllülük imkanlarının yaradılması barədə niyyət məktubu imzalanmasını zəruri etmişdir. BMT Könüllüləri Proqramı könüllülük imkanlarının qlobal səviyyədə əlaqələndirən ən əsas beynəlxalq qurumdur.

Bunları nəzərə alaraq, habelə "Könüllülər ili”nin yekunu münasibətilə ölkəmizdə fəaliyyət göstərən bütün könüllü qruplarının iştirakı, BMT Könüllülər Proqramının egidası altında və dövlətimizin dəstəyi ilə "Könüllülər ili forumu”nun keçirilməsi, dünyada qeyd olunan 5 Dekabr – Beynəlxalq Könüllülər Günündə könüllülərimizin fəaliyyətinə beynəlxalq qiymətin verilməsinə nümunə ola bilər”.

//milli.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...