No Image
No Image

Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olundu

Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olundu
Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 14-də İranın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri ona Azərbaycan ilə İran arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Müdafiə naziri Vətən müharibəsi zamanı İranın Azərbaycanın mövqeyini dəstəklədiyinə görə səfirə minnətdarlığını bildirib, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə, Müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə salamlarını çatdırmasını xahiş edib.

Müdafiə naziri Azərbaycan-İran münasibətlərinin inkişafında ölkə başçılarının görüşlərinin mühüm rol oynadığını qeyd edərək hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb. Öz növbəsində diplomat Vətən müharibəsində qazanılan qələbə münasibətilə ölkəsi adından Azərbaycan xalqını və dövlətini təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

S.A.Musəvi dost ölkə olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, ölkələrimiz arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Səfir iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf etməsinin regional təhlükəsizliyin təmin olunmasında vacib amil olduğunu qeyd edib.

Tərəflər hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, həmçinin regional problemlər müzakirə olunub.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ağlasığmaz iddia: Ağdərədən Ermənistana yol istəyirlər - VİDEO

Ermənilər Rusiya Müdafiə nazirliyinin Qarabağdakı sülhməramlı kontinqentinin rəhbəri Rüstəm Muradova absurd müraciət ünvanlayıblar. Belə ki, Kəlbəcər rayo...

Prezidentdən 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə bağlı rəsmi feysbuk hesabında paylaşım edib. Sfera.az xəbər verir ki, dövlət başçısının hesabında paylaşılan ...

"Münaqişənin həlli prosesin miqyasını daha da genişləndirəcək" - Könül Nurullayeva

Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi ilə ölkəmizdə yeni ixrac imkanları ya...

Tramp tarixə ən pis prezident kimi düşəcək - Bolton

Donald Tramp tarixə ABŞ-ın ən pis prezidenti kimi düşəcək. Sfera.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bo...

Engin Özer: “Qarabağda hər şey planlaşdırıldığı kimi davam edir”

Fevralın 1-də Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Türkiyənin Qars vilayətində ortaq təlimlərə başlayır. Bu barədə məlumat Ermənistanda gözlənilən fırtınalı ...

Pərviz Şahbazov Bağdad Amreyevlə görüşdü

Energetika naziri Pərviz Şahbazov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Sfe...