Azərbaycan ən ucuz qazı İrana satır

Azərbaycan ən ucuz qazı İrana satır
2021-ci ilin yanvar-may aylarına aid olan ixrac göstəricilərinə əsasən Azərbaycan İrana 3,19 milyon dollar dəyərində 84 milyon kub metr təbii qaz satıb. 

Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, yanvar-aprel aylarında xarici ticarət göstəricilərinə dair məlumatda İrana qaz ixracına dair informasiya yox idi. İlk 5 aya aid olan məlumatda İrana qaz ixrac edilməsinə dair məlumatın yer alması ondan xəbər verir ki, mayda bu qonşu ölkəyə də qaz satılıb.   

İran da nəzərə alınmaqla Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 6-ya yüksəlib. Əvvəllər Azərbaycan Türkiyə və Gürcüstana qaz satırdı. TAP kəmərinin işə düşməsindən sonra İtaliya, Yunanıstan və Bolqarıstan da Azərbaycandan qaz almağa başlayıb.

Ölkəmiz 2021-ci ilin yanvar-may ayları ərzində ümumilikdə 9,174 milyard kub metr həcmində qaz ixrac edib. İxrac edilən qazın dəyəri 1,336 milyard dollar olub.  Təbii qazın 5,884 milyard kub metri Türkiyəyə, 1,833 milyard kub metri Gürcüstana, 1,152 milyard kub metri İtaliyaya, 127,8 milyon kub metri Yunanıstana, 92 milyon kub metri Bolqarıstana, 84 milyon kub metri İrana satılıb. 
Bu ölkələrdən ən yüksək qiymətə qazı Yunanıstan (256 dollar) və İtaliya (211 dollar), ən ucuz qazı İran (38 dollar) alıb. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...