Azərbaycan beynəlxalq birgə iclasda təmsil olundu

Azərbaycan beynəlxalq birgə iclasda təmsil olundu
Dekabrın 2-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin və Baltik Assambleyasının Daimi Komitələrinin onlayn formatda birgə iclası keçirilib.

Milli Məclisdən Sfera.az-a verilən məlumata görə, dünyada dənizlərin qorunması, iqlim dəyişikliyi və biomüxtəliflik, COVİD-19 pandemiyası ilə mübarizə üsulları mövzularına həsr edilmiş iclası giriş sözü ilə Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, QDİƏT PM-in vitse-prezidenti Eldar Quliyev açıb, iştirakçılara səmərəli fəaliyyət və uğurlar diləyib.

E.Quliyev çıxışında bildirib ki, uzaq coğrafiyalarda yerləşən, fərqli ənənələrə, dinlərə və mədəniyyətlərə sahib olan Baltik və Qara dəniz bölgələrini bir çox ümumi maraqlar və problemlər birləşdirir:

"Bir ildən artıqdır ki, bütün dünya COVID-19 pandemiyası ilə mübarizə aparır. Bu dövrdə parlamentlərin üzərinə də böyük məsuliyyət düşüb. Qurumların üzvü olan ölkələrin parlamentləri yeni reallıqlara uyğun olaraq müasir texnologiyalardan istifadə etməklə beynəlxalq fəaliyyətlərini davam etdirib, COVID-19 böhranının iqtisadi və sosial təsirlərinin azaldılmasına yönəlmiş dəstək tədbirləri keçiriblər”.

O, qeyd edib ki, pandemiyanın insan sağlamlığını ciddi şəkildə təhdid etməsi bütün səviyyələrdə beynəlxalq əməkdaşlıq və koordinasiyanın gücləndirilməsini tələb edir. İndiki məqamda yalnız sıx əlaqələr və yardım tədbirləri virusun ölkələrdə mənfi təsirlərini azalda bilər.

E.Quliyev vurğulayıb ki, qloballaşma prosesləri insan sağlamlığı və rifahının ayrılmaz hissəsi olan ətraf mühitin mühafizəsini də zəruri edir. QDİƏT dövlətləri beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti ilə birlikdə konkret nəticələrə yönəlmiş konstruktiv dialoqa getməlidirlər. Çirkli ərazilərin bərpası, ekoloji problemlərin qarşısının alınması, mənfi nəticələrin aradan qaldırılması məqsədi ilə təsirli ətraf mühit siyasəti həyata keçirilməlidir. O, bundan sonra QDİƏT və Baltik Assambleyası arasında daha səmərəli, konstruktiv əməkdaşlığa ümid etdiyini bildirib. Koronavirusla mübarizədə bütün ölkələrə gözlənilməz təsirlərdən uzaq olmağı və sağlamlıq arzulayıb.

Onlayn iclasda Baltik Assambleyasının prezidenti Piri Niemi, İsveçin xarici işlər naziri Ann Linde, Türkiyənin QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri Cemal Öztürk, Yunanıstanın QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri Semion Kedikoğlu, Stokholm Universiteti Baltik Dəniz Mərkəzinin Elmi direktoru Kristof Humborq çıxış edərək pandemiya ilə mübarizədə qarşılıqlı əməkdaşlıq, ətraf mühitin mühafizəsi ilə bağlı fikirlərini söyləyiblər. Mövzuları əhatə edən ekspert rəyləri dinlənilib, cari məsələlər müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...