Azərbaycan Beynəlxalq Bankından sahibkarlara həsr olunmuş imic çarxı

Azərbaycan Beynəlxalq Bankından sahibkarlara  həsr olunmuş imic çarxı
 
Azərbaycan Beynəlxalq Bankı sahibkarlıq fəaliyyətinə dəstəyini digər istiqamətlərdə
də davam etdirməkdədir. Cəmiyyətdə kiçik və orta sahibkarın işgüzar imicinin
formalaşdırılması, iş adamlarının mənəvi motivasiyası məqsədilə bank maraqlı bir imic
çarxını bu gün izləyicilərə təqdim edib.
"Böyüməyə layiqsiniz!” devizi üzərində qurulmuş imic çarxı uğurlu sahibkar olmaq
üçün zəruri mənəvi keyfiyyətləri vurğulayır. Sahibkar olmağın sosial məsuliyyətini,
inanma və başqalarını da inandırma, komanda qurma bacarığını diqqətə çatdırır. Eyni
zamanda, biznesini böyütməyə can atan hər bir sahibkarın zəhmət, məsuliyyət hissi,
komandasının və etibarlı tərəfdaşlarının köməyi ilə öz hədəflərinə çata biləcəyini göstərir.
İmic çarxının aşıladığı əsas ideya isə bundan ibarətdir ki, işində uğur qazanmaq
istəyən hər bir sahibkar sağlam inkişaf ekosisteminin işlək bir parçası olmağa
çalışmalıdır. Əgər həmin biznes subyekti özü də fəaliyyətini sağlam meyarlar əsasında
qurubsa, bu ekosistem onun getdikcə böyüyüb inkişaf etməsinə şərait yaradacaq.
Qeyd edək ki, ölkəmizdə qeyri-neft sektorunun, kiçik və orta biznesin inkişafı
Azərbaycan dövlətinin əsas prioritetlərindəndir. Müasir dövlət bankı olaraq Azərbaycan
Beynəlxalq Bankı da kiçik və orta biznesdə bazar mövqelərinin genişləndirilməsini
strateji hədəflərindən elan edib. Bank bu hədəfə ölkəmizin ayrı-ayrı regionlarında
sahibkarlıq layihələrinin maliyyələşdirilməsi, məhsul və xidmət şərtlərinin daha sərfəli
edilməsi, risk mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlar üçün innovativ həllərin
yaradılması, bu sektorda işgüzar əlaqələrin gücləndirilməsi və digər bu kimi addımlar
hesabına nail olacaq. Bu gün təqdim edilən imic çarxı da bu istiqamətdə görülən işlərin
tərkib hissəsidir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri
barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən,
937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək
olar.

OXŞAR XƏBƏRLƏR