Azərbaycan Beynəlxalq Bankında depozitlərə +1% kampaniyası başlandı!

Azərbaycan Beynəlxalq Bankında depozitlərə +1% kampaniyası  başlandı!
 
Vəsaitlərini etibarlı bir bankda qoruyub, üstəlik, daha çox faiz gəlirləri əldə
etmək istəyənlərə Azərbaycan Beynəlxalq Bankından sərfəli təklif var. Bankın
elan etdiyi qış kampaniyası çərçivəsində Azərbaycan Beynəlxalq Bankında 50
000 manat və daha çox məbləğdə depozit yerləşdirən müştərilər mövcud faiz
dərəcələrinə +1% əlavə qazanc əldə edəcəklər. Kampaniya 31 yanvar 2020-ci il
tarixinə qədər keçərlidir.
Azərbaycan Beynəlxalq Bankında depozitləri 12/24/36 ay müddətinə
yerləşdirmək mümkündür. Faiz gəlirlərini isə ayın, yaxud ilin sonunda götürmək
olar. Bankda depozit yerləşdirmiş müştərilərə məbləğ və müddətindən asılı
olaraq plastik kart hədiyyə edilir, faiz gəlirləri kart hesabına köçürülür. Depozit
yerləşdirmiş müştərilər nağd pula ehtiyac yarandığı zaman bankdan minimal
faizlərlə kredit də əldə edə bilərlər. Bankın depozit şərtləri barədə daha ətraflı:
Azərbaycan Beynəlxalq Bankı Əmanətlərin Sığortalanması Fondunun
üzvüdür və bankda yerləşdirilmiş depozitlər sığortalanır. Depoziti bankın bütün
filial və şöbələrində yerləşdirmək olar.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və
xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az
internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR