Azərbaycan Beynəlxalq Bankı kompensasiya ödənişlərinə start verdi

Azərbaycan Beynəlxalq Bankı kompensasiya ödənişlərinə start verdi
  
"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı çərçivəsində problemli kreditlər üzrə kompensasiya ödənişlərinə Azərbaycan Beynəlxalq Bankında da bu gündən start verilir. Kompensasiya vəsaitlərinin köçürülməsi mərhələli şəkildə həyata keçiriləcək. Proses növbəlilik prinsipi əsasında aparılacaq.
 
 
Azərbaycan Beynəlxalq Bankından müştərilərə SMS göndərilərək kompensasiya ödənişlərinin yeri və vaxtı barədə əvvəlcədən məlumat verilib. Bu, vətəndaşların rahatlığı, onların vaxtına qənaət üçündür. Belə ki, müştərilər təyin edilmiş vaxtda filiala gələrək növbədə dayanmadan, təqdim etdikləri məlumatlar müvafiq qaydada yoxlandıqdan sonra kompensasiya ödənişlərini ala bilərlər.
Telefon nömrəsini dəyişmiş müştərilərdən isə Bankın 937 nömrəli Məlumat Mərkəzinə zəng edib, yeni əlaqə nömrələrini təqdim etmələri xahiş olunub. Bankın sosial şəbəkələrdəki korporativ səhifələrində bu barədə bildiriş yerləşdirilib.
Müştərilər, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portala bankın səhifəsi üzərindən daxil olaraq xarici valyuta kreditləri üzrə hesablanmış kompensasiya məbləği və restrukturizasiya məlumatını əldə edə bilərlər.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...