Azərbayanda zəlzələ oldu
01:46 / 22.01.2021
10034
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, Şahbuz stansiyasından 12 km şimal-qərbdə zəlzələ olub.
Sfera.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar episentrdə 4, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss edilib. Yeraltı təkanlar yerli vaxtla saat 23:23-də qeydə alınıb.
Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.