Azər Türk Bankdan sahibkarlar üçün güzəştli “CƏMİ 0.5%” Tarif Paketi

Azər Türk Bankdan sahibkarlar üçün güzəştli “CƏMİ 0.5%” Tarif Paketi
 
Dövlət bankı Azər Türk Bank kiçik və orta biznes nümayəndələrinə, o cümlədən fərdi sahibkarlara
bütün əsas hesablaşma-kassa əməliyyatlarını ödənişsiz qaydada həyata keçirmək imkanı verən
yeni Tarif Paketini təklif edir.
Belə ki, hesablarına daxil olan vəsaitlər üzrə cəmi 0,5% komisyon haqqı tutulmaqla, Azər Türk
Bankın müştəriləri Tarif Paketi çərçivəsində bütün valyutalarda hesabların açılması və idarə
olunması, «Sahibkar Kartı» və əmək haqqı kartlarının sifarişi, nağd vəsaitlər ilə əməliyyatlar,
nağdsız konvertasiya və bütün növ köçürmə əməliyyatları, arayış və çıxarışların verilməsi pulsuz
həyata keçiriləcəkdir. Həmçinin "ATB Business" internet bankçılıq xidmətinə qoşulma və istifadə,
eləcə də cari hesab hərəkətləri barədə SMS və e-poçt bildirişlərin göndərilməsi ödənişsiz olacaqdır.
Daha ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ
səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə
bilərsiniz.

OXŞAR XƏBƏRLƏR