“AzDrama”da COVID-19-a yoluxma artdı, teatr bağlandı

“AzDrama”da COVID-19-a yoluxma artdı, teatr bağlandı
Akademik Milli Dram Teatrı koronovirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.

Sfera.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya teatrın mətbuat katibi Cavid Zeynallı məlumat verib.

Onun sözlərinə görə, son günlər teatrın əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb: "Belə ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub. Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılır”.

Zeynallı bildirib ki, həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq.

OXŞAR XƏBƏRLƏR