Azad Rəhimovun oğlu ölkə ictimaiyyətinə müraciət etdi: \"Xahiş edirik...\"

Azad Rəhimovun oğlu ölkə ictimaiyyətinə müraciət etdi: \
"Formula 1" üzrə Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimov atası, Gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar paylaşım edib.

Sfera.az xəbər verir ki, Arif Rəhimov atasının ötən gün Bakı vaxtı ilə saat 22:45-də ağciyər xərçəngindən müalicə aldığı ABŞ-da dünyasını dəyişdiyini bildirib.

"O, uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəksə də, həyatının son anına qədər Vətənini, dövlətini düşünürdü. Atam çox xoşbəxt idi ki, sağlığında Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağı azad etməsinin şahidi oldu" deyə oğlu əlavə edib.

"Bilirik ki, bir çox insan onunla sağollaşmaq istəyir, ancaq pandemiya səbəbindən anlayış göstərərək dəfn mərasiminə gəlməməyinizi xahiş edirik" yazan Arif Rəhimov "Ailəmiz üçün bu çətin anda bizə dəstək olan cənab Prezidentə, hörmətli vitse-prezidentə və ictimaiyyətə təşəkkür edirik. Allah rəhmət eləsin!", - deyə əlavə edib.



OXŞAR XƏBƏRLƏR