Avtomobil nömrələrinin satışını niyə \"ASAN Xidmət\" həyata keçirməlidir? - Ekspertlər izah edir

Avtomobil nömrələrinin satışını niyə  \
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəldən etibarən Bakı şəhərində 77 seriyası ilə başlayan avtomobil nömrələrinin verilməsinə başlanılıb. Artıq belə seriyalı nömrələr almış ilk avtomobillər paytaxtın küçələrində görünməkdədir. Bəllidir ki, bu cür nömrələrin alıcıları kifayət qədər olur və onu əldə etmək üçün külli miqdarda pul xərcləməkdən çəkinmirlər. Bu baxımdan "77" seriyası ilə başlayan avtomobil nömrələrinin satışının  "ASAN Xidmət" tərəfindən həyata keçirilməsi və əldə olunan vəsaitin şəhid ailələri və müharibə qazilərinə dəstək üçün yaradılmış "Yaşat Fondu"na köçürülməsi təklif olunur. Artıq bununla bağlı sosial mediada da fikirlər səsləndirilir.
 
Nəqliyyat eksperti Eldəniz Cəfər Sfera.az-a açıqlamasında deyib ki, qeyd edilən təklif yaxşı təşəbbüsdür. Müsahibimizin fikrinə görə, ümumiyyətlə, nömrə verilməsi məsələsində xarici ölkələrin təcrübəsindən bəhrələnmək olar:

"Dövlət nömrə nişanlarının xüsusi maraq kəsb etdiyi ölkələrdə nömrələr asanlıqla, konkret rüsumla vətəndaşlara verilir. Düşünürəm ki, Azərbaycanda da bu tətbiq edilməlidir. Faktiki olaraq, problemi həll etmək üçün vətəndaşların da sözü bir olmalıdır. Yəni nömrələrin ASAN xidmətə verilməsinimi istəyirlər, yoxsa yol polisi tərəfindən alınmasınımı?

Əlbəttə, bu gün Azərbaycanda bir çox xidmətlər ASAN xidmət tərəfindən həyata keçirilir. Nəinki, nömrələr, hətta sürücülük vəsiqələrinin verilməsi də bu xidmətə həvalə edilməlidir. Düzdür, sürücülük vəsiqəsinin verilməsi ASAN xidmət tərəfindən həyata keçirilir, lakin ilkin olaraq imtahanlar belə orada keçirilsə, daha yaxşı olar. Bu, prosesi sadələşdirir. Onsuz da nəticədə dövlət rüsumu dövlət büdcəsinə gedir”.

Ekspert vurğulayıb ki, "ASAN” mərkəzləşmiş xidmətdir və əhalinin ona etibarı var:

"Bu baxımdan dövlət qeydiyyat nişanlarının bu mərkəzə verilməsi və əldə edilən gəlirlərin YAŞAT Fonduna köçürülməsi yaxşı təşəbbüs olardı”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, DİN-in son addımlarının heç biri müasir çağırışlarla ayaqlaşmır və bu qurum xidmətlərin rəqəmsal versiyasına diqqət yetirmir:

"DİN hələ də klassik ənənələrə üstünlük verir. Elektron hökumətə cavabdeh "eGov” Mərkəzi isə sanki xidmətlərin rəqəmsallaşmasını unudub. İndiyədək də,  dəfələrlə təkrarlanmasına baxmayaraq, DİN avtomobillərin dövlət qeydiyyatına alınması, dövlət nömrə nişanlarının verilməsi xidmətini rəqəmsallaşdırmayıb.  Hələ də cəlbedici nömrələr üzrə şəffaf bir sistem formalaşmayıb. Hansı ki, bu xidmətləri rəqəmsal etmək üçün DİN-nin əlində yetərincə texniki texnoloji və kadr resursları var.

Maraqlı məqam odur ki, DİN "eGov” Mərkəzinin yaratdığı Asan Login sisteminə də qoşulmayıb. MyGov-da DİN yoxdur. "eGov” portalında DİN-nin cəmi 3 xidməti görünür. DİN iddia edir ki, onun ayrıca, separat formada e-Xidmət mərkəzi var”.

O.Gündüz vurğulayıb ki, DİN və "eGov” Mərkəzi ayrılıqda fəaliyyətə son qoymalı, mahiyyətcə  kütləvi olan, ictimai əhəmiyyət kəsb edən xidmətlər elektronlaşmalı və maşın nömrələri üçün auksion satış sistemi təşkil olunmalıdır.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...