“Avropanın qaz böhranından Bakı və Ankara qazanclı çıxa bilər” – Yeni müqavilənin məğzi

“Avropanın qaz böhranından Bakı və Ankara qazanclı çıxa bilər” – Yeni müqavilənin məğzi
"Türkiyə ilə imzalanan yeni qaz müqaviləsi iki ölkə arasında strateji əhəmiyyətə malikdir. Xüsusilə Avropada yaşanan qaz böhranı fonunda bu müqavilə Türkiyənin və Azərbaycanın Avropa bazarında önəmini daha da artıracaq”.

Bu sözləri Sfera.az-a  iqtisadçı-deputat Vüqar Bayramov Azərbaycan və Türkiyə arasında imzalanan yeni qaz müqaviləsi haqda danışarkən deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Türkiyənin mavi qaza olan tələbinin ödənilməsində xüsusi paya malik olan ölkədir:

"Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan Türkiyəyə 2021-ci ildə əlavə 8 milyard kubmetr qaz nəql etmək fikrindədir. Yeni müqavilə Avropada müşahidə edilən mavi qaz böhranı konteksində iki ölkə arasında strateji müttəfiqliyin artırılması baxımından vacibdir. Son qiymət artımı və son enerji böhranı göstərir ki, Avropa və digər inkişaf etmiş ölkələrin mavi qaza olan tələbi həddən artıq çoxdur. Bu həm də Türkiyədə mavi qaz ehtiyatının formalaşması baxımından və Türkiyənin bütövlükdə idxalının diversikasiyası baxımından vacib hesab olunur”.

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR