Avropalılar qazın bahalaşmasına görə Rusiyanı günahlandırır

Avropalılar qazın bahalaşmasına görə Rusiyanı günahlandırır
Avropa Komissiyasının enerji komissarı Kadri Simson bu gün bildirib ki, Rusiyanın qaz qiymətlərini süni surətdə artırmaq istəyi ilə bağlı Avropa İttifaqının bir neçə ölkəsindən gələn şikayətləri araşdırır. Sözügedən ölkələr hesab edir ki, Rusiya təbii qaz qiymətlərini süni şəkildə artırmaq üçün hakim mövqeyindən istifadə edir. 

Sfera.az "İnvesting.com” saytına istinadən xəbər verir ki, enerji komissarı araşdırma zamanı "Qazprom”un müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirdiyini aydınlaşdırıb. Lakin məlum olub ki, Rusiyanın qaz şirkəti Avropanın əlavə qaz tədarükü istəyini yerinə yetirmir. Bu səbəbdən bəzi Avropa ölkələri iddia edir ki, Rusiya qiymətlərin artması üçün tədarükü qəsdən artırmır. 

2020-ci ildə Avropa İttifaqına qaz idxalının 43%-i Rusiyanın payına düşüb. Rusiya əlavə qaz həcmlərini "Şimal axını 2" qaz kəmərinin işə salınması və yeni müqavilələrin bağlanmasından sonra mümkün hesab edir. Layihənin tənqidçiləri Rusiyanın təsdiq prosesini sürətləndirmək üçün qaz bazarındakı qiymət təzyiqlərindən istifadə etdiyini söyləyirlər.
Qeyd edək ki, hazırda Avropada qazın qiyməti 1700 dollardan yüksəkdir. Son bir gündə qiymətlər 30 faizdən çox artıb. Proqnozlaşdırılır ki, vəziyyət dəyişməsə qışda qiymət səviyyəsi 3000 dollara qədər arta bilər. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR