Avropada koronavirus hər 17 saniyədə bir nəfəri öldürür

Avropada koronavirus hər 17 saniyədə bir nəfəri öldürür
Avropa qitəsində hər 17 saniyədə bir nəfər koronavirusdan vəfat edir. Bunu Dünya Səhiyyə Təşkilatının (DST) Avropa regional bürosunun direktoru Hans Klyuqe onlayn brifinq zamanı açıqlayıb.

Sfera.az-ın Böyük Britaniyanın "The Guardian” qəzetinə istinadla verdiyi məlumata görə, Hans Kluqe deyib ki, Avropada orta hesabla gündə 4 min 500 nəfər COVİD-19 infeksiyasından ölür.

Hələ də koronavirusun mövcudluğunu inkar edənlərin olduğunu bildirən Hans Klyuqe qeyd edib ki, Dünya Səhiyyə Təşkilatı belə adamların yaydığı dezinformasiyaların qarşısını almağa çalışır.

Hamını virusla mübarizəyə səsləyən Hans Klyuqe bildirib ki, qoruyucu maska taxmaq virusu aradan qaldırmır, amma infeksiyanın yayılmasına qarşı mübarizədə önəmli yer tutur.

2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyası 195 ölkə, ərazi və məkanda 1 milyon 400 mindən çox adamın ölümünə səbəb olub.

Hazırda dünyada 17 milyona yaxın koronavirus xəstəsi var.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...