Avropa Rusiyaya qarşı sanksiyaları uzadır

Avropa Rusiyaya qarşı sanksiyaları uzadır
Avropa İttifaqının Ukraynanın ərazi bütövlüyünün pozulmasında günahkar bildiyi Rusiya və Ukrayna vətəndaşlarına qarşı sanksiyalarının müddəti çümə axşamı müzakirəsiz uzadılacaq. 
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novsoti-yə Aİ-dəki mənbə bildirib. Məlumata görə, siyahıda 146 nəfər və 37 hüquqi şəxs var.
"Qərar rəsmi olaraq cümə günü təsdiqlənəcək, bu Daxili İşlər və Ədliyyə Məsələləri üzrə Şuranın "A” məsələlər siyahısına (müzakirəsiz qəbul edilən) daxil ediləcək. Üç nəfər siyahıdan çıxarılıb, belə ki, onlar artıq dünyasını dəyişib”, - adını çəkilməsini istəməyən Aİ-də olan diplomatik mənbə bildirib.
Onun məlumatına görə, sanksiyalar sentyabr ayının 15-nə qədər uzadılacaq.
O, həmçinin Aİ daimi nümaynədələrinin komitəsinin sanksiyaların çərşənbə günü səhər təsdiqləyəcəyini bildirib. Normativ sənəd artıq işçi qrup ilə razılaşdırılıb.
Digər Avropa mənbəyi məlumatı təsdiqləyib.
"Siyahıda qalacaq şəxslərin sayı 146-dır, eləcə də 37 hüquqi şəxs bu siyahıya daxildir. Tarix 15 sentyabrdır” – o bəyan edib. Onun sözlərinə görə, qərarın Aİ-nin rəsmi jurnalında dərc ediləcək tarixi hələ məlum deyil.

OXŞAR XƏBƏRLƏR

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...