Avropa Birliyindən Rusiyaya Qara dəniz XƏBƏRDARLIĞI

Avropa Birliyindən Rusiyaya Qara dəniz XƏBƏRDARLIĞI
 Avropa Birliyi (AB) Rusiyanın Krımda iki döyüş gəmisinin inşasına başlamasının Qara dənizdəki təhlükəsizliyə mənfi təsir edəcəyini bildirib.

Sfera.az xəbər verir ki, Birliyinin yaydığı rəsmi açıqlamada, Rusiyanın addımlarının Qara dənizdəki təhlükəsizliyi şübhə altına aldığı göstərilib: "Kerçdə iki hərbi gəminin istifadəyə verilməsi mərasimi, Qara dənizdəki yarımadanın hərbiləşdirilməsində regional təhlükəsizliyə ciddi mənfi təsir göstərən daha bir açıq addımdır”.

Rəsmi açıqlamada deyilir: "Rusiya Federasiyasının Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirməsi, Krım və Sevastopolun Rusiyaya qanunsuz inteqrasiyası beynəlxalq hüququn pozulması deməkdir. Digər bir narahatlıq, Krım yarımadasında Ukrayna vətəndaşları üçün hərəkət azadlığına qoyulan son məhdudiyyətlərdir”.

Bəyanatın sonunda Ukraynanın ərazi bütövlüyünə toxunulur: "Avropa Birliyi Rusiyanın Krım yarımadasında bütün beynəlxalq qanun pozuntularını dayandırmasını gözləyir. AB Ukraynanın beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri daxilində müstəqillik, suverenlik və ərazi bütövlüyünə verdiyi dəstəyə sadiqdir”.

OXŞAR XƏBƏRLƏR

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...