Avro-2020 könüllüləri üçün xüsusi gecə təşkil olunub - FOTO

Avro-2020 könüllüləri üçün xüsusi gecə təşkil olunub - FOTO

AFFA tərəfindən 2019-cu ilin iyun ayından etibarən könüllülərin qeydiyyat mərhələsinə start verilib.

"Report” xəbər verir ki, 5 ay ərzində 6797 könüllü namizəd qeydiyyatdan keçib.

Müraciət sayına görə Bakı şəhəri Avropa çempionatı təşkil olunacaq 12 şəhər arasında ən yüksək göstəriciyə sahibdir. 6000-dən çox namizədlə təkbətək müsahibə aparılıb.

Bu oyunlarda fəaliyyət göstərəcək könüllülər üçün bu gün "Elektra Events Hall”da xüsusi gecə təşkil olunub. Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Azad Rəhimov, AFFA-nın baş katibi Elxan Məmmədov, Avro-2020-nin Bakıda keçiriləcək oyunlarının səfiri Vəli Qasımov, Könüllülər proqramının səfiri Taleh Yüzbəyov iştirak edib. Çıxışlar zamanı Prezident İlham Əliyevin gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ili Azərbaycanda "Könüllülər ili” elan etməsi xüsusi qeyd olunub. Rövnəq Abdullayev və Azad Rəhimov çıxışlarında öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə Avro-2020-yə yeni nəfəs verən könüllülərin və könüllü fəaliyyətinin əhəmiyyətindən bəhs ediblər.

Çıxışlardan sonra Rövnəq Abdullayev, Azad Rəhimov və Elxan Məmmədov tərəfindən Avro-2020-nin Bakını təmsil edən səfiri Vəli Qasımova, həmçinin Bakı Könüllülər Proqramının səfiri Taleh Yüzbəyova ölkə əhəmiyyətli idman tədbirində göstərdikləri dəstək və fəaliyyətə görə mükafatlar təqdim edilib. Eyni zamanda, 4 ən aktiv könüllü hədiyyələrlə təltif olunub. 1500-dən çox könüllünün qatıldığı gecənin sürpriz qonağı isə sevilən müğənni Dilarə Kazımova olub. Daha sonra gecə əyləncə proqramı ilə davam edib.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...