No Image
No Image

AVRO-2020: 3 komanda 1/8 finala yüksələ bilər

AVRO-2020: 3 komanda 1/8 finala yüksələ bilər
Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun növbəti 3 oyunu keçiriləcək.

Sfera.az-ın məlumatına görə, görüşlərdən ikisi D, biri isə E qrupunda oynanılacaq.

Günün ilk matçı E qrupunda İsveç və Slovakiya yığmaları arasında olacaq. Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Oyunu almaniyalı referi Marko Frits idarə edəcək. İlk turda Polşanı 2:1 hesabı ilə məğlub edən slovakiyalılar qalib gələcəyi təqdirdə 1/8 finala vəsiqəni təmin edəcəklər. Skandinaviyalılar isə qrupun ilk matçında İspaniya ilə qolsuz heç-heçəyə razılaşıb.

D qrupunda ilk turda İngiltərəyə minimal hesabla uduzan Xorvatiya seçməsi birinci oyunda Şotlandiyanı 2:0 hesabı ilə məğlub edən Çexiya yığması ilə qarşılaşacaq. Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park" stadionunda keçiriləcək görüşün baş hakimi ispaniyalı Karlos del Serro Qrande olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qələbə çexiyalıları pley-offa yüksəldəcək.

Bu qrupun digər matçında İngiltərə millisi Şotlandiyanı sınağa çəkəcək. Londondakı "Uembli" stadionunda gerçəkləşəcək görüşü ispaniyalı Antonio Migel Mateu Laos idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İngilislər bu görüşdə də qalib gələrsə, vaxtından əvvəl 1/8 finala adlayacaqlar.

Avropa çempionatı

D qrupu, II tur

20:00. Xorvatiya - Çexiya

Baş hakim: Karlos del Serro Qrande (İspaniya)

Qlazqo şəhərindəki "Hempden Park" stadionu

23:00. İngiltərə - Şotlandiya

Baş hakim: Antonio Migel Mateu Laos (İspaniya)

London, "Uembli" stadionu

Xal durumu: Çexiya - 3, İngiltərə - 3, Xorvatiya - 0, Şotlandiya - 0

E qrupu

23:00. İsveç - Slovakiya

Baş hakim: Marko Frits (Almaniya)

Sankt-Peterburq, "Sankt-Peterburq" stadionu

Xal durumu: Slovakiya - 3, İspaniya - 1, İsveç - 1, Polşa - 0

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

AVRO-2020: Daha iki qrupda III turun oyunları keçiriləcək

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda daha 4 oyun keçiriləcək. Sfera.az-ın məlumatına görə, bunlardan ikisi B, digər ikisi isə ...

AVRO-2020: 3 komanda 1/8 finala yüksələ bilər

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun növbəti 3 oyunu keçiriləcək. Sfera.az-ın məlumatına görə, görüşlərdən ikisi D, biri isə...

İlham Əliyev və Ərdoğan Türkiyə millisinin oyununu izlədi - FOTO

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Avropa çempionatının A qrupunun Türkiyə - Uels matçını izləyib. ...

AVRO-2020: Türkiyə millisi bu gün Bakıda ilk oyununu keçirəcək

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun oyunlarına start veriləcək. Sfera.az-ın məlumatına görə, günün ilk matçı B qrupuna tə...

İlham Əliyev və xanımı Uels-İsveçrə matçın izlədi - FOTO

İyunun 12-də tarixdə ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib. Sfera.az xəbər verir ki, Azərbaycan Re...

AVRO-2020: Bu gün Bakıda ilk oyun keçiriləcək

Bu gün futbol üzrə Avropa çempionatının daha üç oyunu keçiriləcək. Sfera.az xəbər verir ki, A qrupunda bir, B qrupunda isə iki matç olacaq. A qrupundakı ...