“Atəşgah”ın biliciləri Azərbaycanı Avropa Kubokunda təmsil edəcək (FOTOLAR)

“Atəşgah”ın biliciləri Azərbaycanı Avropa Kubokunda təmsil edəcək (FOTOLAR)
Oktyabr ayının 11-13-də Belorusiyanın paytaxtı Minsk şəhərində tələbələr arasında intellektual oyunlar üzrə Avropa Kuboku keçiriləcək. 

Sfera.az qaynarinfo-ya istinadla  xəbər verir ki, beynəlxalq festivalın üç günlük proqramında "Nə? Harada? Nə zaman?”, "Erudit-Kvartet”, "Breyn Rinq” və "Fərdi oyun” kimi komanda oyun distiplinləri üzrə medal dəstləri oynanılacaq.
30-dan çox Avropa ölkəsi iştirak edəcək turnirdə Azərbaycanı "Atəşgah" klubunun "KCN" komandası təmsil edəcək.

Fransa-Azərbaycan universitetdən, Bakı Dövlət Universitetdən və Bakı filialın Lomonosov adına Moskva Dövlət Universitetdən tələbələrindən ibarət "KCN" komandası "Atəşgah” klubunun tələbə liqasının nəticələrinə əsasən, Azərbaycanı təmsil etmək hüququnu əldə edib. 

Komandanın tərkibinə Əbdül Quliyev, Sara Salayeva, Daniil Mihaylov, Məsumə Suleymanova, Marina Kalmıkova və Sənan Nəcəfov (komandanın kapitanı) daxildir.

"Atəşgah” bilicilər klubu 1989-cu ildən fəalliyyət göstərir və Azərbaycanın ən qədim intellektual klubudur. Klubun komandaları Azərbaycanı mütəmadi olaraq müxtəlif beynəlxalq turnir və festivallarda təmsil edirlər.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...