Ağsuda 61 yaşlı kişi su quyusunda boğulub

Ağsuda 61 yaşlı kişi su quyusunda boğulub

Agsu rayonunda 61 yaşlı kişi su quyusunda boğulub.

Sfera.az-ın məlumatına görə, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, FHN-nin "112" qaynar telefon xəttinə, Ağsu rayonunun Kalva kəndində 1 nəfərin meyitinin su quyusundan çıxarılması üçün müraciət daxil olub.

 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1958-ci il təvəllüdlü Hacıyev Namid Ağasən oğlunun meyitini quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.



OXŞAR XƏBƏRLƏR