Astarı üzündən baha başa gələn evlər - Sənədsiz ev problemi niyə həllini tapmır?

Astarı üzündən baha başa gələn evlər - Sənədsiz ev problemi niyə həllini tapmır?
Uzun illərdir sənədsiz evlərin qeydiyyata alınması məsələsi gündəmdə olsa da, proses ölü nöqtədən hələ də tərpənməyib. 
 
"Liberal İqtisadçılar” İctimai Birliyinin sədri Akif Nəsirli Sfera.az-a bunun səbəblərindən danışıb.

O bildirib ki, məmurlar sənədsiz mənzillərin dövlət layihəsi əsasında təmənnasız olaraq sənədləşdirilməsində maraqlı deyil:

"Ölkədə bəlkə də 1 milyona yaxın qeyri-qanuni tikili var. Bazarda da sənədsiz evlərə maraq zəifdir. Həmin evlərin sahibləri sənədləşmə zamanı qeydiyyat üçün külli miqdarda qeyri-qanuni vəsait xərcləyir. Hər qurumun bu məsələdə öz payı var. Bu istiqamətdə insanlar bir mənzilin tikintisinə xərclədiyi pulun yarısı qədər, aşağısı 10-15 min manata kimi pul xərcləməli olurlar. 

Ona görə də dövlət məmurları sənədsiz mənzillərin dövlət layihəsi əsasında təmənnasız olaraq sənədləşdirilməsində maraqlı deyil. Çünki sənədsiz mənzil kütləsinə həmin məmurlar "sağılan inək” kimi yanaşırlar”. 

Ekspert qeyd etdi ki, bu özbaşınalıq nəticəsində dövlət və vətəndaş itirir, məmurlar isə qazanır: 

"Belə özbaşınalıqdan vətəndaş və dövlət uduzur. Vətəndaş mənzilini girov qoya, sata, ora qeydiyyata düşə bilmir. Dövlət onların ödəməli olduğu əmlak vergisindən məhrum olur. Məmurlar isə prosesdən şəxsi qazanc əldə edir. Ona görə də sənədsiz evlərin sənədləşməsi prosesinin irəliləməsinə əngəl olurlar”. 

Rüfət SULTAN
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...