Astara terminalı ilə İrandan Azərbaycana ixrac xeyli artıb

Astara terminalı ilə İrandan Azərbaycana ixrac xeyli artıb
 

Astara dəmir yolu terminalı ilə İrandan Azərbaycana ixrac 2,8 dəfə artıb.

"Report” İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın Şimal dəmir yolunun idarəedici direktoru Qulam Hüseyn bildirib.

 

Onun sözlərinə görə, İran təqvim ilinin ilk iki ayı ərzində (martın 20-dən mayın 20-dək) ölkə özünün Astara dəmir yolu terminalı vasitəsi ilə Azərbaycana 41 535 ton mal ixrac edib.

Qeyd edək ki, Azərbaycanın iştirak etdiyi mühüm beynəlxalq tranzit marşrutlardan olan "Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə işlər intensiv şəkildə aparılır və mövcud olan regional əməkdaşlıq yük sahibləri üçün geniş imkanlar yaradır. Bu marşrut çərçivəsində reallaşan iri infrastruktur layihələrdən biri də, Azərbaycan-İran sərhəddindən 1,4 km aralıqda, qonşu dövlətin ərazisində yerləşən Astara yük terminalının inşası oldu.

İki il öncə, tikintisinin birinci mərhələsi başa çatan terminalda ilk yük qatarı bu ilin fevral ayında qəbul olundu. Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu marşrutu ilə sınaq yük qatarı İran ərazisinə daxil oldu, terminalda vaqonların boşaldılması prosesi həyata keçirildi və beləliklə Astara terminalı fəaliyyətə başladı. Qeyd edək ki, Astara terminalının tikintisi, 13 iyun 2017-ci il tarixində imzalanan ikitərəfli razılaşmaya əsasən, "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılır.

Hazırda Astara terminallar kompleksinin daxilində artıq ümumi yük terminalı inşa edilib və 3 xətdən ibarət 1 800 metr terminaldaxili dəmir yolları çəkilib. Bundan başqa terminalda 1 440 kv. m. sahəsi olan, yüklərin aşırılmasında istifadə olunan, platforma inşa edilib.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...