Aspirin və kardiomaqnilin fərqi– Hansı effektivdir, kimlərə olmaz?

Aspirin və kardiomaqnilin fərqi– Hansı effektivdir, kimlərə olmaz?
Koronavirus pandemiyasının məşhur etdiyi dərmanlardan daha biri: kardiomaqnil. İndi gənclər də virusla mübarizədə bu dərmanı içir, həkim reseptinin əsas preparatıdır.


Halbuki ötən ilə qədər bu dərmanlar yalnız ciddi ürək xəstələrinə, yaşlı insanlara təyin olunardı.
Sfera.az qandurulducu olan aspirin və kardiomaqnilin fərqli cəhətlərini təqdim edir.

- Hər ikisinin tərkibində əsas təsiredici maddəsi asetilsalisil turşusudur.

- Kardiomaqnildə əlavə olaraq hidroksid maqniy də var. Bu element ürək əzələri və damarların işini aktivləşdirir.
- Kardiomaqnil trombositlərin aqreqasiyasını azaldır, tromb əmələ gəlmə prosesini bloklayır

- Ona görə kardiomaqnilin tromboz, ürək-damar problemi və infarkta qarşı qəbulu daha məqsədəuyğundur.

- Eləcə də kardiomaqnildə antasid maddəsi var ki, bu da mədənin divarını asitil turşusunun təsirindən qoruyur. Ona görə kardiomaqnil diabet, mədə-bağırsaq problemi və yaşlı insanlara da rahatlıqla təyin edilə bilər.

Aspirin və aspirin kardio isə həm də qızdırma salıcı, baş ağrı kəsici təsiri var. Adi aspirindən fərqli olaraq aspirin kardionun müdafiə təbəqəsi var ki, mədəyə təsir etmir.

Həm aspirin kardio, həm kardiomaqnil yeni nəsil antiaqreqantdır. Onlar antikoaqulyant deyillər.

Aspirin kardionun tərkibində isə yalnız asetilsalisil turşusu var.

Amma aspirindən fərqli olaraq kardiomaqnilin tez-tez qəbulu mədə selikli qişasına və ümumi orqanizmə elə də ciddi zərər vurmur.

Aspirin qəbulu hansı hallarda əks göstərişdir:

- Hamiləliyin ilk 3 ayı
- Diatez xəstəliyi
- Kəskin ürək çatışmazlığı
- Astma
- Qaraciyər çatışmazlığı
- Dərmana qarşı yüksək həssaslıq, bronxospazm

15 yaşına kimi xəstələrə aspirin Reye sindromu riski olduğu üçün təyin olunmur

Kardiomaqnil hansı xəstələrə olmaz:

- Ürəyin yüksək dekompensasiyası
- Qanaxmalara meyillilik
- Kəskin daxili xoraların olması
- Qaraciyər yetməzliyi
- Bronxial astma


Bu preparatları yalnız həkim təyin edir və doza həddini aşmaq olmaz.
Medicina.az

OXŞAR XƏBƏRLƏR