Arvadını öldürmək üçün ssenari qurdu, gözlənilməz zərbədən iflic oldu

Arvadını öldürmək üçün ssenari qurdu, gözlənilməz zərbədən iflic oldu

ABŞ-ın Florida ştatının sakininin həyat yoldaşını öldürmək planı özünün iflic olmasına səbəb olub.

Bu barədə "New York Post” xəbər yayıb. 

65 yaşlı Henri Herbiq bir neçə həftə ondan ayrı yaşayan həyat yoldaşını öldürmək üçün plan hazırlayıb. 

 

Herbiq qadının yaşadığı mənzilinə qədər marşrut xəttini elə hazırlayıb ki, heç bir təhlükəsizlik kamerasına yaxalanmasın. Üstəlik, maşında hər növ öldürücü alət olub: taxta dəyənək, silah, böyük qayka açarı. Bundan əlavə, kişi maskalanmaq üçün də müxtəlif ləvazimatlar, zibil torbası və yapışqan lent götürüb. 

O, arvadının Virciniya çimərliyindəki evinə gəlib, iti ilə çölə çıxan ögey qızını qayka açarı ilə başından vurub. Daha sonra evə daxil olaraq yoldaşını tapıb və onu vurmağa başlayıb. Qadının çənəsini sındıran kişi müqavimətlə qarşılaşacağını hesablamayıb. Belə ki, qadının qızı silahı götürərək kişiyə atəş açıb. Güllə kişinin onurğa sütünundan dəyərək onu iflic edib. 

Hadisə yerinə gələn polislər kişinin maşınından tapdıqları cinayət alətlərini maddi sübut kimi götürüb. Hazırda məhkəmə davam etsə də, vəkilləri kişinin iflic olduğunu əsas tutaraq onun azad olunmasına nail olmağa çalışır. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...