Arvadını hamamda telefonla tutdu, qapını bağlayıb boğazını kəsdi - Bakıdakı qətlin təfərrüatı

Arvadını hamamda telefonla tutdu, qapını bağlayıb boğazını kəsdi - Bakıdakı qətlin təfərrüatı
Bakının Biləcəri qəsəbəsində keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən İsrail Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Sfera.az xəbər verir ki, hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb.
 
Qobustan rayon sakini, 1990-cı il təvəllüdlü İsrail Cəlilov həyat yoldaşı, 1995-ci il təvəllüdlü Aysel Cəlilovanın bədəninə bir neçə bıçaq xəsarəti yetirərək qətlə yetirib.

Cinayəti törədən İsrail Cəlilov polis idarəsinə gələrək könüllü təslim olub.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən İsrail Cəlilov ifadəsində bildirib ki, 2013-cü ildə atasının xalası nəvəsi Aysel Gülverdiyeva ilə rəsmi qaydada ailə qurub. Həmin nigahdan 2 övladları dünyaya gəlib. Evləndikdən sonra onun valideynləri ilə birlikdə yaşayıblar. Aysal tez-tez küsərək atasının evinə çıxıb gedib və bu da münasibətlərini daha da kəskinləşdirib. Hər dəfə gedəndən sonra ya onun valideynləri yada ki, özü həyat yoldaşını evə gətirib.

Axırıncı dəfə 2016-cı ilin aprel-may aylarında Aysel yenə də uşaqlarını götürüb atası evinə gedib. Arvadı hamıya güya onun içkili və nəşəli vəziyyətdə gəlib onu boğmaq istədiyi üçün evdən getdiyini bildirib. Əslində isə belə şey olmayıb.

Bundan sonra o, və valideynləri bir neçə dəfə qadını geri gətirmək istəsələr də Aysel müxtəlif bəhanələrlə qayıtmaqdan imtina edib.

Həmin ilin yayında yoldaşı boşanmaq üçün Binəqədi rayon məhkəməsinə müraciət edib və payızda məhkəmə qaydası ilə ondan ayrılıb. Buna baxmayaraq uşaqları ilə görüşmək üçün Aysel gilə gedib gəlib.

Təxminən bir neçə Aydan sonra valideynləri arvadının anası ilə razılığa gəlib onları barışdırıblar. Amma Aysel onların evində yox, öz həyətlərində olan otağı təmir edib orada yaşamağ şərti ilə barışmağa razılaşıb.

2017-ci ilin mart ayında evə gələndə keçmiş arvadı, qardaşı və anası orada olublar. Görüşüb onlarla birlikdə çay içdikdən sonra Ayselə alış-veriş üçün 50 manat pul verib. Qadın da həmin pula marketdən ərzaq və çörək alıb. Yemək yedikdən sonra çimmək üçün hamam otağına keçib. Ardınca yoldaşı da dəsmalı gətirib:

"Həmin vaxt  küçədən bir qız Ayseli çağırmağa başladı. Qayınanamda dedi ki, Aysel hamamdadı. Qapıya yaxınlaşıb çölə baxmaq istəyirdim ki, gördüm bir nəfər qara gödəkcədə hasardan tullanıb qaçdı. Soruşdum o kim idi? Aysel dedi ki, həyətdə heç kim yoxdu. Qəfildən Ayselin cibindən telefon zəngi gəldi. Mən ona heç vaxt telefon işlətməyə icazə verməmişəm. Dedim bu kimin telefonudu? Dedi qardaşımın telefonudu sonra telefonu hamamda yerə çırpdı”.

İsrail ifadəsinin davamında bildirib ki, artıq Ayrselin kiminləsə sevgili olduğunu, barışığa razılıq verməsinə baxmayaraq kənar şəxslə görüşdüyünə tam əmin olub və bu səbəbdən onu öldürmək qərarına gəlib:

"Artıq onu öldürmək qərarına gəlmişdim. Şalvarımı geyinib Ayselə dedim ki, indi gəlirəm. Getdim məxbəxdən bıçaqı götürüb dəsmalın arasında gizlədim qayıtdım hamama tərəf.

Həmin vaxt qayınanamla qaynım qonaq otağında yemək yeyirdilər. Mən hamama girən kimi Aysel qaçmasın deyə qapını arxadan bağladım. Ayseli yerə yıxıb arxadan çənəsini tutdum bıçağı çıxarıb boğazına sancdım. Sonrada boğazını kəsdim”.

Həmin vaxt qonaq otağnda olan qaynı və qayınanası səsə hamam otağına gələrək qapını döyməyə başlayıblar. İsrail hamamda qan içində olan qadını buraxaraq qalan paltarlarını götürüb qapını açıb. Əlindəki bıçağı pilləkənin yanına atıb və paltarlarını geydikdən sonra  evdən çıxaraq birbaşa polis bölməsinə gələrək hadisə barədə məlum verib.  

Aysel Cəlilovanın meyitinin üzərindən aşkar edilən mobil telefona baxış keçirilib. Məlum olub ki, həmin telefona iki nömrədən zəng gəlib. Zənglərdən biri marketdə işləyən Anar adlı şəxs tərəfindən edilib. O, dükana olan borclarını qaytarmasını bildirib. İkinci nömrə qonşuları Gülşənin bacısı Aytənə məxsus olub.

Beləliklədə İsrail Cəlilovun şübhələrini təsdiq edən heçnə açkar edilməyib.

Məhkəmə prosesi zamanı İsrail Cəlilov ittiham üzrə özünü təqsili bilib.

Sonda məhkəmənin hökmü ilə İsrail Cəlilov CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmündən narazı qalan İsrail Cəlilov apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb. // Ölkə.Az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...