Arutyunyanın Paşinyana yazdığı məktub mətbuatın əlinə keçdi – ERMƏNİSTANDA QALMAQAL

Arutyunyanın Paşinyana yazdığı məktub mətbuatın əlinə keçdi – ERMƏNİSTANDA QALMAQAL

Azərbaycanın işğal atlında olan Qarabağ bölgəsindəki separatçıların başçısı Araik Arutyunyan Ermənistandan da hərbi əməliyyatların dayandırılmasını istəyib.

Sfera.az xəbər verir ki, bu barədə "Qraparak” məqalə yayıb.

Bildirilib ki, Arutyunyanın müraciəti Ermənistanda "hərbi vətənsevərlik nağılları danışanların üstünə soyuq su səpib”. Məqaləyə əsasən, separatçıların başçısı bununla da reallığı qəbul etməyə çağırıb.

Xatırladılıb ki, oktyabrın 23-də Araik müraciət edərək atəşkəs rejiminin tətbiqində Rusiya prezidenti Vladimir Putindən yardım istəmişdi. Müəllif iddia edib ki, işi çətinə düşən Arutyunyan Rusiya prezidentindən yardım istəyir: "Ancaq dinc vaxtlarda o, Rusiyanın "persona non-qrata” ("arzuedilməz şəxs”) elan etdiyi Masis Mailyan və Samvel Babayanı "vəzifə"yə təyin etmişdi. Bu baxımdan Araikin Rusiya prezidentinə müraciəti təzadlıdır”.

Məqalə müəllifi yazıb ki, Araik Ermənistanın baş naziri Nikol Paşinyana da oxşar məzmunda məktub ünvanlayıb. O, Paşinyandan reallığı qəbul edərək təcili atəşkəsə nail olmağı və danışıqlar masasına oturmasını istəyib. Ancaq bu məktub barədə rəsmi Yerevan məlumat yaymayaraq gizlədib. (Report)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...