Arutyunyan Moskvadadır? - Səfirlikdən açıqlama

Arutyunyan Moskvadadır? - Səfirlikdən açıqlama
Cari ilin 23 oktyabr tarixində bəzi sosial şəbəkələrdə Araik Arutyunyanın Moskvada olduğu və burada Rusiya Federasiyasının rəsmiləri ilə görüşlər keçirərək regional vəziyyəti müzakirə etdiyi barədə xəbərlər tirajlanıb.

Sfera.az xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, son günlər erməni KİV-i tərəfindən "Artsax Respublikasının vəzifəli şəxslərinin” Rusiyaya "işçi səfərləri” və guya burada Rusiyanın siyasi dairələri ilə rəsmi görüşlər keçirdikləri barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır.

"Səfirlik bir daha vurğulayır ki, adları qeyd olunan şəxslər Rusiya Federasiyasının sərhədini Ermənistan Respublikasının vətəndaşlarına məxsus olan pasportlarla keçirlər və burada adətən erməni diasporu nümayəndələri, eləcə də onlara lobbiçilik edən şəxslər ilə görüşürlər, belə səfərlər yalnız şəxsi xarakter daşıyır və rəsmi qəbul edilmir, onlarla Rusiyanın dövlət strukturları və diplomatik xidmət xətti ilə hər-hansı siyasi məsləhətləşmələr aparılmır.

Bir çox hallarda bu kimi məlumatlar saxta olur, heç bir faktlara əsaslanmır, təxribat xarakteri daşıyır və ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaq məqsədini daşıyır".

OXŞAR XƏBƏRLƏR

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...