Artur Rasizadə hələ də komissiya sədridir
Siyasət
12:20 / 04.11.2019
876
Keçmiş Baş nazir Artur Rasizadə İslah-əmək Müəssisələrinin və İstintaq Təcridxanalarının İşinin Təkmilləşdirilməsi Sahəsində Kompleks Tədbirlərin Həyata Keçirilməsi üzrə Prezident yanında Komissiyanın sədri olaraq qalır.
Sfera.az-ın oxu.az-a istinadla məlumatına görə, Prezident Administrasiyasının saytındakı Azərbaycan Respublikasının Prezidenti yanında yaradılmış Komissiya və Şuralar bölməsindəki siyahıda Artur Rasizadənin adı hələ də qalır.
Adıçəkilən komissiya 1999-cu ilin 11 fevralında o zamankı Prezident Heydər Əliyevin fərmanı ilə yaradılıb.
Qeyd edək ki, A.Rasizadə 1996-cı il iyulun 20-də Baş nazir postuna gətirilib.
O, 2018-ci il aprelin 21-nə qədər bu vəzifədə qalmaqla, ən uzunmüddətli Baş nazir kimi Azərbaycan tarixinə adını yazdırıb.